Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Şabili Həsrət Zaməddin oğlu

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Rəis müavini

Şabili Həsrət Zaməddin oğlu 1992-ci il sentyabr ayının 5-də Yardımlı rayonu Köryədi kəndində anadan olmuş, orta təhsilini Yardımlı rayon Köryədi kənd tam orta məktəbində almışdır. 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakültəsində Beynəlxalq iqtisadi münasibətlər ixtisasında təhsil almışdır. 2015-2016-cı illərdə Silahlı Qüvvələrin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2016-2018 ci illərdə “El-MMC”-də insan resursları üzrə mütəxəssis, Yevlax rayon Gənclər və İdman İdarəsində aparıcı məsləhətçi, 2019-cu ildən İsmayıllı Regional Mədəniyyət İdarəsində baş məsləhətçi-Qobustan rayonu üzrə nümayəndə vəzifələrində çalışmışdır. 2021-ci il 25 noyabr tarixindən İsmayıllı Regional Mədəniyyət İdarəsində rəis müavini vəzifəsində çalışır.

E-poçt: hesret.sabili@mail.ru