Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ağsu rayon Mədəniyyət Mərkəzi

Ağsu rayon Mədəniyyət Mərkəzi (keçmiş rayon Mədəniyyət evi) 1963-cü ildən fəaliyyət göstərir.  Mədəniyyət Mərkəzlərinin yaradılması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə bağlı aparlan islahatlara uyğun olaraq 01 iyul 2015-ci il tarixdən Ağsu rayon Mədəniyyət Mərkəzi adlanır. Mədəniyyət Mərkəzində ümumilikdə 106 əməkdaş çalışır.   Mərkəzin nəzdində 21 klub müəssisəsi fəaliyyət göstərir ki, bunlardan:

  1-i Mədəniyyət Mərkəzi

  1-i Şəhər Mədəniyyət Evi

  2-si Diyarşünaslıq Evi

  1-i Sənətkarlıq Evi

  1-i Folklor Evi

  1-i Diyarşünaslıq Klubu

  1-i Sənətkarlılq Klubu

  2-si Mədəniyyət evi

  11-i Klub kimi fəaliyyət göstərir.

Mərkəzin nəzdində “Qönçə” Xalq çalğı alətləri ansambılı, “Yeni Ağsu” vokal instrumental ansambılı, “Aşıqlar” ansambılı, “Dram” dərnəyi, “Poeziya klubu” fəaliyyət göstərir. Müəssisələr mütəmadi olaraq ölkə və rayon əhəmiyyətli tədbirlərdə iştirak edir, tarixi və əlamətdar günlərlə bağlı, hərbi-vətənpərvərlik  mövzularında, ictimai-mədəni tədbirlər hazırlayır, “Poeziya klubu” nun görüşləri təşkil edir.                                                                                                                                                                             

 

Ünvan:
Ağsu rayon, Heydər Əliyev küç.114
E-mail:

agsu_medeniyyet@mail.ru