Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

1905-1907-ci illər inqilabından sonra Şirvan qəzasının Şamaxı şəhərində başda Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Camo Cəbrayılbəyli və bir dəstə maarifpərvər ziyalı qiraətxana-kitabxana təsis etmişdirlər. 1918-1920-ci ildə Azərbaycanda ermənilər tərəfindən törədilmiş soyqırım zamanı Şamaxı şəhəri yandırılıb talan edilərkən, şəhərin kitabxanası da yandırılmışdır.

1920-ci ildə kitabxana yenidən bərpa olunmuş, hazırda isə Mərkəzləşdirilmiş Kitabxana Sistemi  Şamaxı rayonunun mərkəzində tikilmiş xüsusi binada yerləşir.

Respublika kitabxanalarında 1979-cu ildə mərkəzləşdirmə aparılan zaman Şamaxı rayon kitabxanaları əsasında rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.

Hal-hazırda Mərkəzləşdirilmiş Kitabxana Sistemi özündə  1 Mərkəzi Kitabxananı, 2 şəhər və 36 kənd kitabxana filialını birləşdirir.

   Mərkəzi Kitabxana 6 şöbədən ibarətdir:

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
İnformasiya-resurs şöbəsi
Metodika və biblioqrafiya şöbəsi
Komplekləşdirmə və kitabişləmə şöbəsi
Oxuculara xidmət şöbəsi
Uşaq şöbəsi

       Mərkəzi Kitabxana və bütün kitabxana filiallarında Respublikamızda baş verən ictimai-siyasi, iqtisadi yeniliklər, təbliğatın əyani və şifahi formaları ilə  oxuculara çatdırılır, mövcud kitab fondu onların ixtiyarına verilmişdir. Əhalinin kitabxanaya cəlb olunması məqsədilə kitabxana işçiləri mütəmadi olaraq müxtəlif idarə və təşkilatlarda, məktəblərdə olur, söhbətlər aparır, kitabxana fondları haqqında əhalini məlumatlandırırlar. Kitab təbliği məqsədilə kitabxanalarda tədbirlərin keçirilməsinə xüsusi diqqət verilir. İlk növbədə Respublika Prezidentinin sərəncamları ilə nəşr olunaraq hədiyyə edilən kitabların təqdimat mərasimləri keçirilir, yeni kitablara, əlamətdar və tarixi günlərə, yubileylərə həsr olunmuş geniş sərgilər təşkil edilir.

      MKS-də keçirilən tədbirlər mütəmadi olaraq operativ şəkildə kitabxananın  veb saytında yerləşdirilir.

      Kitabxanaların fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün  müntəzəm monitorinqlər keçirilir.

Ünvan:
Şamaxı rayonu, Şirvan küç.5
Telefon:

(020)265-25-63

E-mail:

samaxi.mks@mail.ru

Url:
https://www.facebook.com/samaximks?fref=ts