Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərifə Əliyeva

28.04.2023

28 aprel 2023-cü il tarixində İsmayıllıda  Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis v.m.i.e Həsrət Şabili, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib. 
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov öz çıxışında diqqətə çatdırıb ki, görkəmli oftalmoloq Zərifə Əliyevanın həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmlənib.
Tədbirdə çıxış edən məruzəçilər Zərifə Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs ediblər. Görkəmli alim, ən ülvi, nəcib dəyərləri özündə yaşadan Zərifə xanım Əliyevanın işıqlı xatirəsinin bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıqla yad ediləcəyini söyləyiblər.
Tədbirdə uzun illər İsmayıllıda səhiyyə sahəsində çalışmış Narxanım Əkbərovaya RİH başçı Nahid Bağırov tərəfindən Təşəkkürnamə təqdim olunub. Sonda Zərifə xanım Əliyevaya həsr olunmuş musiqi və şeir səsləndirilib.
#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət