Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi

 İsmayıllı rayon Heydər Əliyev  adına  Mədəniyyət Mərkəzi (keçmiş rayon  Mədəniyyət Evi) 1975-ci ildən bu günə kimi fəaliyyət göstərir. 2012-ci ildə bina əsaslı təmir olunaraq yüksək səviyyəli iş şəraiti yaradılmış, yeni texniki vasitələr, invertar avadanlıqlarla təchiz olunmuşdur.
   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 27 dekabr 2012-ci il tarixli 654 saylı əmri ilə Rayon Mədəniyyət Evinin bazasında Rayon Mədəniyyət Mərkəzi yaradılmışdır.
Mədəniyyət Mərkəzində 26 , filiallarda isə 78  işçi çalışır.
    Rayon Mədəniyyət Mərkəzinin “Niyal” ansambılı, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən həvəskarlardan ibarət “Xalq teatrı” və  “Kukla teatrı”, Lahıc qəsəbə Folklor klubu, Mollaisaqlı, Hacıhətəmli, Qurbanəfəndi kənd Folklor musiqi kollektivləri, Diyallı, Kürdmaşı,  Qubaxəlill kənd,Basqal qəsəbə Mədəniyyət evləri, Qalacıq kənd Sənətkarlıq klubu müntəzəm olaraq rayon tədbirlərində uğurlu çıxışlar edir,Azərbaycan xalq musiqisinin ,Azərbaycan qədim xalq sənətinin  təbliğində əməli iş aparırlar. “Lahıc qəsəbə Folklor klubu və Qalacıq kənd Sənətkarlıq klubları Bakı şəhərində hər il keçirilən “Novruz şənlikləri”ndə müvəffəqiyyətlə çıxışlar edirlər. Qeyd edək ki, adları çəkilən kollektivlər müntəzəm olaraq müxtəlif telekanallarda musiqimizi, qədim sənət nümunələrimizi təbliğ edirlər.
    Rayon Mədəniyyət Mərkəzinin və filialların sənətkarlıq nümünələri hər il keçirilən müxtəlif beynəlxalq festivallarda müxtəlif əyyarlı medallara, diplom və fəxri fərmanlara layiq görülmüşdür. Eyni zamanda Mədəniyyət Mərkəzi hər il keçirilən Qəbələ beynəlxalq mürəbbə festivalında xüsusi diploma layiq görülmüşdür.

 

 

 

Ünvan:
İsmayıllı rayon, Heydər Əliyev pr. 61