Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Qobustan rayon Heydər Əliyev Mərkəzi

 Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham Əliyevin  iştirakı  ilə  2007–ci  ilin  oktyabr  ayının 23-də  Qobustan  rayon  Heydər  Əliyev Mərkəzinin açılışı olmuşdur.

Mərkəzin  binası iki  mərtəbədən ibarətdir,  ümumi  sahəsi  600 kv.m-dir.  Birinci  mərtəbədə ekspozisiya  zalı yerləşir. Ekspozisiya zalında Ümummilli  lider Heydər Əliyevin  həyat  və  fəaliyyətini  əks  etdiren  252  fotoşəkil  və  Mərkəzdə  fəaliyyət  göstərən  tədqiqat  qrupunun  araşdırmaları  nəticəsində  əldə  edilmiş  30-a yaxın Heydər  Əliyevin Qobustan  rayonuna səfəri  ilə  bağlı  fotoşəkil sərgilənir.

İkinci  mərtəbədə  Heydər  Əliyev irsinin  öyrənilməsi  ilə  bağlı  dərslərin  və  digər tədbirlərin  keçirilməsi  üçün  nəzərdə  tutulmuş 75 nəfərlik  auditoriya, digər otaqlar  yerləşir.

    Heydər  Əliyevin  irsinin  öyrənilməsi  məqsədi  ilə  mərkəzin  nəzdində  tədqiqat  qrupu  yaradılmışdır. 15 nəfərdən  ibarət  olan  bu  tədqiqat  qrupu   vətəndaşların  şəxsi   arxivlərindən  Ümummilli  lider Heydər  Əliyevin  Qobustan  rayonuna  səfərləri  dövründə  görüşlərdə   iştirak  etmiş  şəxslərin  həmin görüşlərlə  bağlı  təssüratlarının  toplanılmasını,  videolentə  köçürülməsini  və  Ulu Öndərə aid nadir nümunələrin   çap  olunaraq  təbliğ  olunmasını  təşkil edir.

 

Ünvan:
Qobustan rayon, Heydər Əliyev pr.1, Heydər Əliyev parkı
Telefon:

(020)245-29-87