Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ağsu rayon Heydər Əliyev Mərkəzi

 Heydər Əliyev Mərkəzinin binası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  iştirakı ilə   2009-cu il oktyabr ayının 29-da  istifadəyə verilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 25 noyabr 2009-cu il tarixli 508 saylı əmrinə əsasən fəaliyyətə başlamışdır.

       Mərkəz Ulu öndər Heydər Əliyevin iqtisadi- sosial, elm-təhsil, mədəniyyət  sahəsindəki ideyalarının davam və inkişaf etdirilməsi məqsədi ilə yaradılmışdır. Mərkəz iki ekspozisiya zalı və 4 xidməti otaqdan ibarət olmaqla 604 kv/m sahəni əhatə edir. Ekspozisiya zalında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 212 ədəd fotoşəkil nümayiş etdirilir. Mərkəzin II mərtəbəsində  informasiya texnologiyaları kabineti, xarici dillərin öyrənilməsi üçün linqafon kabinet və “Heydər Əliyev irsi” kitabxanası yerləşir. Hal-hazırda Mərkəzdə psixoloq-loqoped xidməti, kompüter və dil kursları və milli-rəqs dərnəyi fəaliyyət göstərir.     

 

Ünvan:
Ağsu rayon, Azərbaycan küç.25
Telefon:

(020)226-29-22

E-mail:

agsu.heydereliyevmerkezi@mail.ru

Url:
https://www.facebook.com/A%C4%9Fsu-Heyd%C9%99r-%C6%8Fliyev-M%C9%99rk%C9%99zi-1931843050385263/?fref=ts