Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nur Üzlü Şəhidim

11.03.2023

Şəhidin xatirəsinə həsr edilən sənədli film nümayiş olunub.

10 mart 2023-cü il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində şəhid Elnur Səmədovun xatirəsinə həsr olunan "Nur üzlü şəhidim"adlı sənədli film nümayiş olunub.

Qeyd edək ki, Aprel döyüşlərinin iştirakçısı olan şəhid Elnur Səmədov Vətən müharibəsində "Azərbaycan bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə", Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Hadrutun azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan 
#İsmayıllıRMİ