Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz Bayramı

17.03.2023

Novruz bayramı münasibəti ilə konsert proqramı keçirilib
 
16 mart 2023-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilən konsert proqramı keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis v.m.i.e. Həsrət Şabili və digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər. 

Azərbaycan xalqının qədim folklor nümunələrini, milli mənəvi dəyərlərini, adət-ənənələrini özündə əks etdirən Novruz bayramının tarixi çox qədimdir. Novruz təbiətin oyanışı ilə ürəklərdə həm də xoş arzuların yarandığı və bu arzuların gerçəkləşməsinə ümid bəslənilən bir bayramdır. Xalqımız bu bayramı keçirərkən niyyət edir, yaxınlarına, doğmalarına sağlam olmalarını arzulayır, ən xoş diləklərini çatdırır. Təbiətin oyanmasının rəmzi sayılan bu bayram hər il yüksək əhval-ruhiyyə və təntənə ilə qeyd edilir.
 
İsmayıllı rayon Mərkəzi Meydanında keçirilən konsert proqramında Respublikanın tanınmış müğənniləri Nigar Şabanova, Aytən Məhərrəmova öz sevimli ifaları ilə tamaşaçılara əsl bayram havası yaşadıblar. Həmçinin "Niyal" instrumental ansamblının solistləri, İsmayıllı Aşıqlar ansamblı, "Lahıc" Xalq, "İvanovka" folklor, qrupları çıxış ediblər. Novruzun əsas simvollarından olan Kosa və Keçəlin, Bahar qızın maraqlı tamaşaları qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət