Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Torpaq çərşənbəsi

15.03.2023

Torpaq çərşənbəsi qeyd olunub

14  mart 2023-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Basqal qəsəbəsində torpaq çərşənbəsi qeyd olunub. Sonuncu çərşənbə olan Torpaq çərşənbəsi xalq arasında "Yer çərşənbəsi”, "İlaxır çərşənbə” də adlanır və bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunur.

Torpaq insanlar üçün müqəddəsdir, yaradılışın maddi əsası hesab edilir. Torpağın müqəddəsliyi həm də vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır. Yazda torpağın oyanması dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq çərşənbəsindən sonra torpaq oyanır, əkinə hazır olur. Toxum səpilir, bağ-bağçalarda yeni ağac tingləri əkilir.

Tədbirdə Novruz şənliklərinin əsas personajlarından olan Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunub. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bayram şənliyində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblı, “Lahıc” Xalq Folklor kollektivi, Aşıq Məmmədağa Babayev adına İncə tellər Aşıqlar ansamblı,"İvanovka" Slavyanoçka folklor kollektivi çıxış ediblər.
 
İlaxır çərşənbəniz mübarək!

#TorpaqÇərşənbəsi
#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət