Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Şeydazadə Cavanşir Kazım oğlu

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Ağsu rayonu üzrə)

Cavanşir  Şeydazadə 1960-cı ildə  yanvar ayının 11- də Ağsu rayonunda  anadan olmuşdur. 1967-1977-ci illərdə Ağsu şəhər internat orta məktəbində oxumuşdur. 1972-1977-ci illərdə Ağsu rayon Uşaq Musiqi məktəbini tar-ixtisası üzrə bitirmişdir. 1977-78-ci tədris ilində 118 saylı Ağsu rayon texniki peşə məktəbində təhsil almış və eyni zamanda pionerlər evində tar-ixtisası üzrə müəllim işləmişdir. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. 1980-1982-ci illərdə Ağsu rayon Mədəniyyət  Evində  dram  dərnəyinin rəhbəri, 1982-ci ildən  Ağsu  rayon  Mədəniyyət  Evində bədii-rəhbər vəzifəsində işləmişdir. 1982-1987-ci illərdə  M.A.Əliyev adına  Azərbaycan Dövlət İncəsənət İnstitutunda qiyabi təhsil almış, həmin İnstitutu mədəni-maarif  işçisi, özfəaliyyət  teatr kollektivinə rəhbər  ixtisası  üzrə bitirmişdir. 1982-2006-ci illərdə Ağsu rayon Uşaq Musiqi  məktəbində ixtisas-tar müəllimi, 2006-2010-cu illərdə direktor, 2010-2011-ci illərdə ixtisas-tar müəllimi, 2011-2014-cü illərdə direktor, 2014-2016-cı illərdə  Ağsu rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci ildən  İsmayıllı Regional  Mədəniyyət  İdarəsində Ağsu rayonu üzrə baş məsləhətçi vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var

Telefon: 050-377-44-21