Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Məmmədova Səidə Zahir qızı

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəzinədar

Məmmədova Səidə Zahir qızı 1970-ci il oktyabr ayının 6-sında İsmayıllı rayonunun Şəbyan kəndində anadan olmuşdur.1989-1991-ci illərdə Azərbaycan SSR dövlət Aqrar Sənaye Komitəsinin Bakı Plan-Uçot Texnikumunun Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə orta ixtisas təhsili almışdır. 1995-2005-ci illərdə Həmkarlar İttifaqı Komitəsində Mühasib vəzifəsində işləmişdir. 2006-2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsində məsləhətçi-mühasib vəzifəsində işləmişdir. 2016-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2019-2020-ci illərdə Bakı Tikiş Evi ASC, İsmayıllı tikiş sexində rəis vəzifəsində işləmişdir. 2021-ci il sentyabr ayının 15-dən İsmayıllı Regional Mədəniyyət İdarəsində xəzinədar vəzifəsində çalışır.