Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ağsu rayon Çiyni kənd Klubu

 Çiyni kəndi Ağsu-Kürdəmir yolunun 16-cı  kilometirliyində yerləşir. Çiyni kənd klubu 2016-cı ilin yanvar ayından fəaliyyətə başlamışdır. Müasir tələblərə cavab verən Klubda yüksək səviyyəli iş şəraiti yaradılmış, yeni texniki vasitələr, invertar avadanlıqlarla təchiz olunmuşdur.

     Çiyni kənd klubunda 3 nəfər işçi çalışır. Klubda “Zirvə” özfəaliyyət ansamblı, qarmon dərnəyi və kompyuter kursu fəaliyyət göstərir. Özfəaliyyət ansamblı nəinki ətraf kəndlərin tədbirlərində, hətta ümumrayon  tədbirlərində də yaxından iştirak edir.

     Müəssisədə ağsulu Milli Qəhrəmanlarla bağlı, Çiyni kəndi haqqında  stendlər hazırlanmışdır.