Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 06 may 2013-cü il tarixli 220 nömrəli əmrinə əsasən Şamaxı şəhər H.Məmmədov adına Uşaq Musiqi Məktəbi və İ.Nəsimi adına Uşaq İncəsənət Məktəbinin bazasında Şamaxı rayonunda incəsənətin daha da inkişaf etdirilməsi məqsədilə “Heydər Əliyev Fondu”-nun maliyyə dəstəyi ilə müasir tələblərə cavab verən üçmərtəbəli möhtəşəm İncəsənət Təhsili Mərkəzi binası inşa edilmişdir. Həmin Mərkəz bütünlüklə inventar, avadanlıq, musiqi alətləri ilə təchiz edilmiş və burada şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqi , rəsm və rəqs sahəsində təhsil almaları üçün hər bir şərait yaradılmışdır.
16 may 2013-ci il tarixində Mərkəz binasının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Mərkəzin binası 3 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 4200 kv. metrdir. Binada 44 sinif otaqı, 7 inzibati otaq, 30 nəfərlik kiçik və 170 nəfərlik böyük zallar, rəqs zalı, kitabxana, o cümlədən bufet, qrim və geyim otaqları mövcuddur. Mərkəzdə incəsənətin 3 növü – musiqi, rəssamlıq və xoreoqarafiya üzrə tədris aparılır və burada fortepiano, xalq çalğı alətləri, rəssamlıq və nəzəriyyə şöbələri, habelə xalq çalğı alətləri orkestrı, xor və rəqs kollektivi fəaliyyət göstərir. Sözügedən təhsil müəssisəsində dövlət hesabına 11 ixtisas üzrə 517 şagird ibtidai-bədii təhsil alır.
Şamaxı rayon, Şirvan küç.20