Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1991-ci ildə Mərəzə qəsəbə kitabxanasının əsasında və binasında yaradılmışdır. Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi hal-hazırda Mərkəzi kitabxana, Uşaq kitabxanası və 14 kitabxana filialı ilə oxuculara xidmət göstərir. Mərkəzi Kitabxanada ümumilikdə 69 işçi çalışır.
Qobustan rayon Mərkəzi Kitabxanası 6 şöbədən ibarətdir:
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
Oxuculara xidmət şöbəsi
Metodika və biblioqrafiya şöbəsi
Komplekləşdirmə və kitabişləmə şöbəsi
Mərkəzi Uşaq şöbəsi.
İnformasiya-resurs şöbəsi
Qobustan rayon Mərkəzi kitabxanasında kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə, kitabxanaya və kitaba qarşı marağını artırmaq məqsədi ilə yeni kitabların təqdimat mərasimləri, ənənəvi kitab bayramları, kitab müzakirələri, daimi və tematik kitab sərgiləri, oxucu konfransları, görüşlər və s. mövzularda tədbirlər keçirilir və bu tədbirlər mütəmadi olaraq kitabxananın veb saytında və facebook səhifəsində yerləşdirilir.
(020) 24-5-29-36
cebrayilova.adile@mail.ru