Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə
|

İsmayıllı

      İsmayıllı Rayonun tibbi xidməti Rayon Mərkəzi Xəstəxanasından, 15 çarpayılıq Lahıc qəsəbə və İvanovka kənd xəstəxanalarından, 500 gəlişli RMX-nın poliklinika şöbəsindən, 50 gəlişli uşaq poliklinikasından, 11 həkim və 24 tibb məntəqəsindən ibarətdir. Rayonda 103 nəfər həkim, 335 nəfər orta tibb işçisi çalışır.  Rayon uşaq poliklinikası tərəfindən uşaqlar arasında peyvəndlər təqvim planına uyğun aparılır.  Yoluxucu xəstəliklərin qarşısını almaq üçün RMX-da  sanitar-epidemioloji briqadalar yaradılmış, infeksiya ehtimalı olan yaşayış məntəqələri və digər ərazilərdə dezinfeksiya işləri aparılmışdır. Sanitariya rejiminin  gözlənilməsi, ətraf mühitin mühafizəsi sahəsində tədbirlər həyata keçirilmiş, kommunal-məişət, ticarət, ictimai-iaşə, sənaye və uşaq müəssisələrində sanitariya vəziyyəti nəzərdən keçirilmişdir.
     Rayonda əhali arasında müəyyən tibbi maarifləndirmə tədbirləri həyata keçirilir, inzibati ərazi dairələrində həkimlərlə əhalinin görüşləri  təşkil olunur, təşviqat vasitələrindən istifadəyə geniş  yer verilir, həkimlər yerli qəzetdə tibbi mövzulu yazılarla çıxışlar edirlər. Məktəbli-gənclərə yoluxucu xəstəliklərin başvermə səbəbləri və yayılması onlara izah olunur.
       Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il fevral ayından  may ayının 1-dək əhali tibbi müayinədən keçirilir. Bu tapşırıq İsmayıllı rayonunda da uğurla icra olunub. Dörd  ildir ki, hər il 18 yaşdan yuxarı  əhali qrupundan 50 mindən yuxarı insan pulsuz tibbi müayinədən keçirilib. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmış, işçi qrupu təsdiqlənmiş və qrafik hazırlanmışdır. Komissiyanın işinə yerli icra və müvafiq sahə  qurumlarının rəhbərləri, habelə müayinəni  keçirəcək səhiyyə  müəssisələrinin tibbi personalı cəlb edilmişdir.     
  
       Səhiyyəmiz  gündən-günə inkişafdadır.Məqsəd ona yönəlir ki, rayonda tam sağlam mühit yaradılsın. Müasir tibbi texnologiyaların tətbiqinə nail olunsun. Kadr məsələləri həll edilsin. Bu istiqamətdə Rayon Mərkəzi Xəstəxanası fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa nail olur. Problemlərin həlli istiqamətində müvafiq tədbirlər görür.