Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət
|

Şamaxı

Şamaxının Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolu olmuşdur. Bu, əsasən Şamaxının erkən şəhər kimi formalaşması, min ilə yaxın qədim Şirvanşahlar dövlətinin paytaxtı olması, bir sıra xarici ölkələrlə ticarət və mədəniyyət əlaqələri qurması ilə bağlıdır. Xalqımızın ulu öndəri Heydər Əliyev bununla bağlı demişdir:"Şamaxı Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biridir"
Bir sıra tarixi mənbələr təsdiqləyir ki, XIX əsrin 50-ci illərində Şamaxida həvəskar teatr fəaliyyət göstərmişdir. Belə ki, 1858-ci ilin aprelində burada həmin teatrın açlışı olub. Teatrın fəaliyyəti quberniya mərkəzi Şamaxıdan Bakiya köçənə qədər davam etmişdir. Həmçinin Azərbaycanın ilk mətbu orqanlarından biri məhz Şamaxı şəhərində 1876-cı ildə bu torpağın yetişdirməsi olan Səid Ünsizadənin redakrorluğu nəşr olunmuşdur. Ümumiyyətlə, burada anadan olmuş arxitektor Qasım bəyin, Hacıbababəyovun, Z.Əhmədbəyovun, səyyah H.Z.Şirvaninin, müğənnilərdən Əbubəkir Şirvaninin, Məbudun, M. Məhəmmədhəsənin,Y. Kələntərlinin, H. Hacıbəyovun, A.M.Şərifzadənin, Ə.Şərifzadənin, A.Gəraybəylinin, Ə.Əzimzadənin və başqalarının Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı sahəsində xüsusi xidmətləri vardır. Bu gün bu ənənələr tanınmış Şamaxı sənət ustaları Alim Qasımov, Mələkxanım Eyyubova, Nazpəri Dostəliyeva, Zabit Nəbizadə, Elnarə Abdullayeva, Şirzad Fətəliyev, Abgül Mirzəliyev, Mirələm Mirələmov və başqaları tərəfindən uğurla davam etdirilir.
Hazırda rayonda Heydər Əliyev Mərkəzi, ulu öndərin adını daşıyan park, Tarix-Diyarşünaslıq Muzeyi, Sabirin ev muzeyi, 10 mədəniyyət evi, 28 klub, 52 kitabxana, İncəsənət məktəbi, 2 saylı musiqi məktəbi, Dövlət rəsm qalereyası fəaliyyət göstərir.
Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 26-da əsaslı təmir edilmiş rayon mədəniyyət sarayının, tarix və diyarşünaslıq muzeyinin açılış mərasimlərində iştirak etmişdir. İncəsənət məktəbi üçün yeni binanın tikintisi davam etditilir.
Son aylar ərzində rayonun mədəniyyət sahəsində də bir sıra işlər görülmüşdür. Belə ki, M. Ə. Sabirin məqbərəsi, İ. Nəsimi parkı əsaslı təmir edilmiş, S. Ə. Şirvanin qəbirüstü büstü qoyulmuş, Bayraq və Koroğlu meydanları yaradılmışdır.

Şamaxı Tarix- Diyarşünaslıq muzeyi

S.Ə.Şirvani adına Tarix - Diyarşünaslıq muzeyi 1945-ci ildə Şamaxı Ölkəşünaslıq Muzeyi adı ilə təşkil edilmişdir.Muzeyin ilk rəhbəri filoloq - alim Bilal İbrahimov olmuşdur. Həmin vaxtı muzeyə xeyli sayda eksponatlar toplanılmış ,1948- cı ildə ekspozisiya tərtib edilmişdir. Sonralar muzeyə eksponotların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak etmişdir.
1950-2000- ci illərdə Şamaxıda arxeoloji tədqiqat aparan arxeloqlar- Cabbar Xəlilov, Hüseyn Ciddi, Aləm Nuriyev, Şirzad Əhmədov xeyli arxeoloji materiallar vermişlər.Hazırda muzeydə 7000- dən çox eksponota malikdir.
Muzeyin foyesində Şamaxı kəndləri və onun tanınmış insanları haqqında məlumat bazası yaradılmışdır.Zəngin flora-fauna , Astofizika Rəsədxanası , palçıq vulkanları haqqında məlumat və eksponatlar muzeyin Diyarşünaslıq zalında nümayiş etdirilir.
Otra əsr Şamaxı şəhərinin Avropalı səyyah- rəssamları tərəfindən çəkilmiş rəsmlərinin reproduksiyası ekspozisiyanın ən maraqlı yerlərindədir.Muzeyin "Şamaxı qədim dövrdə", "Şamaxı Şirvanşahlar dövlətinin mərkəzi", Şirvan çar Rusiyası dövründə", "Şirvan Xalq Cumhuriyyəti dövründə" , "Şamaxı sovet dövründə", "Şamaxı müstəqillik dövründə"adlı bölmələrdə də zəngin eksponatlar yerləşdirilmişdir.
Muzey 2009- cu ilin noyabr ayında əsaslı təmir edilmişdir. Muzeyin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Sabirin ev - muzeyi

Şamaxı şəhərində yerlışən Sabirin ev -muzeyi 1962- ci ildə şairin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunmuşdur.Muzeyin yaradılmasında və fəaliyyətində Şamaxı ziyalılarından Ə .Səfərovanın , A. Alcanovun , M . Namazovun , M . Məmmədovun , İ. Quliyevanın , R . Xəlilovanın və başqalarının əməyi çox olmuşdur.
Muzeyin yerlışdiyi hazırkı ikimərtəbəli bina 1979 - cu ildə tikilib istifadəyə verilmişdir.Muzeyin 6 sərgi salonu vardır.Birnci sərgi salonunda M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə , səhayətlərinə aid eksponatlar və şarin sabun bişirdiyi qazanın maketi nümayiş olunur.Digər salonlarda XIX - XX əsrlərə aid məişət əşyaları , muzeyə verilən hədiyyələr , Sabirin müasirlərinin şəkilləri , tədqiqatçılarının əsərləri , "Molla Nəsrəddin" jurnalının nümunələri və s. eksponatlar tamaşaçılara təqdim edilir.

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şamaxı rayonunda ilk kitabxana 1920-ci ildə yaranmışdır. Elə o vaxtdan Mirzə Ələkbər Sabirin adını daşıyır. 1990-ci ildə Kitabxana indiki yeni binaya köçürülmüşdür.1979-cu ildən kitabxanalar mərkəzləşdirilmiş sistemdə birləşir. MKS-nin nəzdində 6 şöbə- metodiki işin təşkili, Komplekləşdirmə və kitab işləmə, Vahid fondun təşkili, Abonoment, Məlumat biblioqrafiya , Oxu zalı şöbələri fəaliyyət göstərir. Şamaxı MKS-i özündə 52 kitabxananı birləşdirir. Buraya , 1 mərkəzi, 1uşaq, 2 şəhər filialı və 48 kənd kitabxanası daxildir. Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana sistemində kitabxana işi təşkil olunarkən kitab təbliği oxucu marağının öyrənilməsi və artırılması daim diqqət mərkəzində olur. Bununla yanaşı il ərzində dövlət siyasətinin və milli mənəvi dəyərlərimizin təbliği əsas amil kimi kitabxana işinin əsas və ayrılmaz hissəsi olmuşdur. MKS-də fəaliyyət göstərən bütün kütləvi kitabxanalarda Respublikamızda baş verən ictimai-siyasi, iqtisadi yeniliklər təbliğatın əyani və şifahi formaları ilə oxuculara çatdırılır, mövcud kitab fondu onların ixtiyarına verilmişdir. Respublika Prezidentinin 12 yanvar 2004-cü il tarixli ,56 saylı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı kitabxanaların latın qrafikalı ədəbiyyatla komplekləşdirilməsində , oxucu sorğularının tam və dolğun ödənilməsində çox böyük rol oynadı. 2004-cü ildən bu günə qədər məlum Sərəncamla əlaqədar kitabxanalarımıza 57370 nüsxə kitab hədiyyə olunmuşdur. Alınmış yeni kitablar haqqında oxuculara məlumat vermək məqsədilə sərgilər təşkil olunmuş, təqdimat mərasimləri keçirilmişdir. Hal-hazırda MKS-nin kitab fondu 430877 nüsxə, oxucu sayı 33436 nəfər, kitab verilişi isə 717264 nüsxədir. 430877 nüsxə kitab fondunun 61552 nüsxəsi latın, 318141 nüsxəsi kiril, 25089 nüsxəsi isə rus dilində ədəbiyyatdır. Hal-hazırda MKS-nin nəzdində 52 kütləvi kitabxanada 90 nəfər kitabxana işçisi çalışır. Onların 8 nəfəri ali, o cümlədən 7 nəfər kitabxanaçılıq ixitsası üzrə, 36 nəfəri orta ixtisas təhsilli, 9 nəfəri qeyri -ixtisas təhsilli , 37 nəfəri isə ümumi orta təhsilli kitabxanaçılardır. Şamaxı rayon MKS-də Kitabxana İnformasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzi kitabxana İRBİS -64 avtomatlaşdırılmış elektron kataloqla işləyir. 2010-cu ildə İRBİS -64 avtomatlaşdırılımış kitabxana informasiya sisteminə əlavə və dəyişikliklər edilmiş, yeni versiya quraşdırılmış və sistemin virtual müşahidə olunmasına nail olunmuşdur. Kitabxananın Veb- saytı yaradılmışdır. Mərkəzi kitabxanaya daxil olan 53 min nüsxədən artıq kitab, dövrü mətbuat elektron kataloqa daxil edilmişdir. Bu sahədə işimiz davam edir.
Kitabxanamızla tanışllıq: www.shamaxi-mks.az