Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

İsmayıllı

Rayonumuz üçün 2012-ci ilin ən əlamətdar hadisəsi cənab Prezident İlham Əliyevin 07 fevral 2012-ci il tarixli sərəncamı olmuşdur. Bu sərəncama əsasən şəhərə bitişik olan 3 kənd, İsmayıllı, Mican və Qəzli kəndləri İsmayıllı şəhərinə birləşdirilmişdir. Şəhərin ərazisi böyümüş, əhalisi 25 min nəfərə çatmışdır.

2012-ci ildə rayon ərazisində tikinti, abadlıq, quruculuq işləri davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2012-ci il tarixli 2104 nömrəli, sərəncamı ilə İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun tikintisi üçün ayrılmış 3 milyon manat vəsait hesabına işlərin icrasına başlanmış və hazırda davam etdirilir. Artıq yolun 20 km-lik hissəsinin yol əsası tikilmişdir.

İl ərzində Kürdeldarbəyli, Talış və Sərdahar kəndlərinin hər birində 80 şagird yerlik yeni məktəb binaları, Qalınçaq kəndinin giriş yolunda 38 metr uzunluğunda və Göyçay çayının İstisu kəndindən keçən hissəsində 68 metr uzunluğunda 4 aşırımlı dəmir-beton konstruksiyalı körpü, 3 nəfər Qarabağ müharibəsi əlili və bir nəfər Çernobıl əlili üçün fərdi yaşayış evi tikilmişdir.

Yaşayış məntəqələrinin sosial problemlərinin həlli məqsədilə Azərbaycan Kənd İnvestisiya Layihəsi və Qeyri Hökumət Təşkilatları ilə əməkdaşlıq davam etdirilmişdir. Kənd İnvestisiya Layihəsi ilə Soltankənd kəndinin daxili yolları təmir edilmiş, Ərəgit kəndində qədim üslubda yol örtüyü tikilmiş, İstisu və Topçu kəndlərində içməli su təminatının yaxşılaşdırılması məqsədilə yeni su xətləri çəkilmiş, kəndin məhəllələrində bulaqlar inşa edilmişdir. Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə Lahıc qəsəbəsinin yeni yaşayış məhəlləsinə 2 km uzunluğunda kanalizasiya xətti çəkilərək istifadəyə verilmişdir.

Hesabat ilində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin icrası davam etdirilmişdir. Dövlət Proqramında nəzərdə tutulan 17 tədbirdən 11 tədbirin icrası təmin edilmişdir.
İcra edilməyən tədbirlər qədim misgərlik məmulatlarının və digər xalq sənətkarlıq məhsullarının istehsalının dəstəklənməsi, əlillər üçün bərpa mərkəzinin tikintisi və müvafiq avadanlıqlarla təchizatı, rayonun ərazisində mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası ilə bağlıdır. Bərpa mərkəzinin tikintisi ilə əlaqədar müvafiq torpaq sahəsi ayrılaraq sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. İşlərin icrasına cari ildə başlanılması nəzərdə tutulur.

Hesabat ilində rayonun illik yerli gəlirləri 18 milyon 218 min 200 manat plana qarşı 17 milyon 682 min 200 manat-97% icra olunmuşdur.
Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 14 milyon 586 min 121 manat plana qarşı 13 milyon 203 min 200 manat- 91% daxil olmuşdur. Yerli mənbələrdən daxilolmalar isə 3 milyon 632 min manata qarşı 4 milyon 76 min 613 manat-112 % yerinə yetirilmişdir. İllik məxaric proqnozu 595 min 921 manat kəsirlə icra edilmişdir.

Keçən il əsas kapitala investisiya qoyuluşu 16 milyon 887 manat olmuş, 4 milyon 273 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. 2012-ci ildə ümumi məhsul buraxılışı üzrə kənd təsərrüfatı məhsullarının həcmi 62 milyon 282 min manat, sənaye məhsulları istehsalının həcmi isə 3 milyon 558 min manat olmuşdur. Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 2011-ci illə müqayisədə 17 manat artaraq 238 manata çatmışdır. Əhaliyə 15 milyon 807 min manatlıq pullu xidmət göstərilmişdir.

Pərakəndə əmtəə dövriyyəsi 97milyon 338 min manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 1,7 faiz artıqdır.
2012-ci ildə İsmayıllı şəhərinin və digər yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirilmişdir. İl ərzində 110 min 532 poqon metr müxtəlif ölçülü qaz xətləri dəyişdirilərək yerin səthinə çıxarılmışdır. Bu, şəhərin Mübariz Orucov, Hacı Zeynalabdin Tağıyev, Ruslan Bəşirov, Səməd Vurğun, Kamran Məmmədov, Üzeyir Hacıbəyov, Fizuli, Natiq Behdiyev, Nizami Səmədov küçələrini əhatə edir. Şəhərə birləşdirilmiş ərazilərdə də 43 min 270 poqon metr qaz kəməri yenilənmişdir. "Xəzər LTD" tikinti şirkəti tərəfindən İvanovka kəndində 39 min 555 poqon metr qaz xətti çəkilmişdir və sayğacların təzələnməsi işi davam etdirilir. 2012-ci ildə Topçu kəndinə qaz verilişi bərpa edilmişdir. Bu iş Tircan və Maçaxı kəndlərində davam etdirilir.

İl ərzində Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən enerji təsərrüfatında cari təmir işləri aparılmışdır. Belə ki, müxtəlif ərazilərdə 154 ədəd dayaq dəyişdirmiş, 127 min 615 manatlıq təmir işləri görmüşdür. Qafqaz xəttinin 3,5 kilometrlik hissəsi meşə ərazisindən kənara çıxarılmışdır.
Mənzil istismar sahəsi tərəfindən 2012-ci ildə sakinlərə 10 min 44 manatlıq xidmətlər göstərilmiş, yığım 90 faizə çatdırılmışdır. Hesabat ilində 8 kommunal yaşayış binasının dam örtüyü dəyişdirilmiş, 2 binanın dam örtüyündə əsaslı təmir işləri aparılmışdır. Şəhər ərazisindəki 16 yaşayış binası yaşayış normalarına cavab vermir.

İsmayıllı Su-kanal idarəsi tərəfindən su xətlərində cari təmir işləri aparılmışdır. Ümidvarıq ki, su və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması layihəsi həyata keçirildikdən sonra şəhərin bütün əraziləri daimi içməli su ilə təmin ediləcəkdir. 2012-ci ildə idarə tərfindən 1210 ədəd su sayğacı quraşdırılmışdır. Su təchizatını yaxşılaşdırmaq üçün keçən il Bizlan və Çərmədil kəndlərində artezian quyuları qazılıb istifadəyə verilmişdir. Keyvəndi və Kürdeldarbəyli kəndlərində qazılan artezian quyuları da bu yaxınlarda istifadəyə veriləcəkdir.

Hesabat ilində İsmayıllı şəhərinin içməli su və kanalizasiya layihələrinin icrasına çox ciddi şəkildə başlanmışdır. Bu istiqamətdə rayonda böyük layihə icra edilir. "Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə" əsasında İsmayıllı şəhərinin su-kanalizasiya sistemi yenidən qurulur. Layihəni Türkiyənin "Kolin" şirkəti icra edir. artıq 103 min metrə yaxın su, 102 min 694 metrdən çox kanalizasiya xətləri çəkilmişdir.
Müxtəlif növ sosial müavinətlərə 2 milyon 662 min 930 manat vəsait ödənmişdir. Bu rəqəmlər kiminsə fəaliyyətinin nəticəsi yox, Azərbaycan Dövlətinin öz vətəndaşına qayğısının təzahürüdür. İmkansız ailələrə ünvanlı sosial yardım vermək isə hər bir ailənin ölkə rəhbərinin, dövlətimizin diqqətində olması deməkdir. Çox acınacaqlı haldır ki, yerlərdə ünvanlı sosial yardım almaq hüququ qanunla yox, məsul şəxslərin marağına əsasən müəyyənləşdirilir. Bu sahə üçün limit müəyyənləşdirilir, digər şərtlər qoyulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində müraciət edənlərin uçotu aparılmır, onlara şifahi qaydada, qanuna uyğun olmayan cavablar verilir. Əhalinin haqlı narazılığı isə eşidilmir. Nəticələrin nələrə səbəb olduğu hamımıza yaxşı bəllidir.

Əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən 50-dən artıq Fərman, Sərəncam və Qanun imzalanmışdır. "Pensiya islahatı konsepsiyası"nın təsdiqi bunların sırasında daha çox əhəmiyyət kəsb edir. İndi rayonda orta aylıq pensiyanın məbləği 134,9 manatdır.
2012-ci ildə əmək pensiyalarının ödənilməsinə 22 milyon 639 min manat, digər müavinətlərin ödənilməsinə isə 352 min manat vəsait xərclənmişdir. Pensiyalar vaxtında ödənmiş, 1 yanvar 2013-cü il tarixə ödənməmiş pensiya qalmamışdır. Fiziki şəxslərdən və torpaq mülkiyyətçilərindən daxilolmalar da 2011-ci ilə nisbətən artmışdır.

Rayon Məşğulluq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"na əsaslanaraq fəaliyyət göstərmişdir. 2012-ci ildə mərkəzə 537 nəfər vətəndaş müraciət etmiş və işaxtaran kimi qeydiyyata alınmışdır. Onlardan 350 nəfəri işlə təmin edilmişdir. 19 nəfərə işsizlik statusu verilmiş və onlara uyğun müavinət təyin edilmişdir. 21 sentyabr 2012-ci il tarixdə keçirilən əmək yarmarkasında 99 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmiş, 11 nəfər ictimai işə cəlb olunmuşdur. 1 yanvar 2013-cü ilə 3 min 242 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır, işsiz statusu alanların sayı 473 nəfərdir. Bu rəqəmlərə əsaslanıb demək istərdim ki, rayon məşğulluq mərkəzi işəgötürənlərlə daha sıx əməkdaşlıq şəraitində işləməli, Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun icrasına nəzarəti artırmalıdır.
İsmayıllı Poçtamtı tərəfindən tarif gəlirləri proqnozu 170,4 min manat həcmində yerinə yetirilmişdir. Bu da 2011-ci illə müqayisədə 28,1 min manat çoxdur.

Hesabat ilində əhaliyə 143 min manat poçt xidmətləri göstərilmişdir ki, bu da müqayisə olunan ildən 27,5 min manat çoxdur.
İsmayıllı telekommunikasiya qovşağı 2012-ci ildə 678 min manat gəlir əldə etmiş, 240 mənzilə yeni telefon çəkmiş, 225 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir. Yeni qurulan elektron ATS-lər rayonda telefonlaşma problemini tam həll etmişdir. İndiki halda şəhər ərazisində 619, kəndlərdə isə 1234 abunəçiyə telefon xətti çəkmək imkanları qalmaqdadır. Telekommunikasiya qovşağının xidmət etdiyi ərazidə 1300 abunəçi geniş zolaqlı internet xidmətindən istifadə edir. Bu rəqəmlə ilk baxışda razılaşmaq olar. Lakin İnternetə çıxış kəmiyyət və keyfiyyətcə yüksəlməli, müasir tələblər səviyyəsinə çatmalıdır.

Rayon sakinləri bankların yüksək faizlə kredit verməsindən çoxsaylı şikayətlər edirlər. Ən çətin anlarda rayon sakinləri banklara ümidlə gəlirlər. Banklar da vəziyyətdən öz xeyrinə istifadə edir, yüksək faizlə kredit verir. Banklar bir az da varlanır, insanlar isə müflisləşir. Rayonda fəaliyyət göstərən banklar deyilənlərdən nəticə çıxarmalı, insanlar arasında narazılığa səbəb olmalı deyillər.

Hesabat yığıncağında iştirak edənlərə bir daha xatırlatmaq istərdim ki, vəzifənin miqyasından, dərəcəsindən asılı olmayaraq hər kəsə dövlətə, xalqa, insanlara sədaqətlə, qanunlar əsasında xidmət etməkdən ötəri etimad göstərilib. Bu xidmət qanunlarla yanaşı etik qaydalara, səmimi və qayğılı münasibətə, hörmət və ehtirama əsaslanmalıdır.

                                                                                        Sosial-iqtisadi idarələr

S/S Təşkilatın adı Ünvanı Təçkilat rəhbərinin soyadı, adı və atasının adı Vəzifəsi Əlaqə telefonu
mobil
1 İsmayıllı Rayonu üzrə Maliyyə idarəsi Heydər Əliyev prospekti-18 Müslümov Radim Yanvar oğlu rəis 5-57-51 050-202-33-73
 2 İsmayıllı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi Heydər Əliyev prospekti-55 Əliyev Çingiz Sədiyar oğlu müdir 5-12-94 050-339-45-14
 3 Dövlət Sosial Müdafiə Fondu İsmayıllı  rayon şöbəsi Heydər Əliyev prospekti-8 Muradov Kamran İnqilab oğlu müdir 5-12-02 050-281-55-88
 4 İsmayıllı rayon Məşğulluq Mərkəzi Heydər Əliyev prospekti-55 Səmədov Rüstəm Ağabala oğlu direktor 5-12-73 050-556-14-10  
 5 13 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Heydər Əliyev prospekti-18 Bağırov Raqif Hüseyn oğlu rəis 5-12-58 050-255-78-13
 6 İsmayıllı rayon Statistika idarəsi Heydər Əliyev prospekti-18 Əzizov Əziz Qərib oğlu rəis 5-33-64 050-320-73-56
 7 “Azərsığorta” şirkətinin İsmayıllı rayon filialı Heydər Əliyev prospekti-16 Əhmədova Zenfira İsmayıl qızı direktor 5-42-50 050-643-32-30 
 8 Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti Qəbələ Ərazi idarəsinin İsmayıllı  rayon şöbəsi M.F.Axundov küçəsi-53”A” İsayev Sadiq Baba oğlu müdir 5-35-05 050-393-73-48
 9 İsmayıllı Rayon İstehsal - İstehlak Kooperativi Qəşəm Aslanov küçəsi -1 Bağıyev Maarif Xanlar oğlu sədr 5-35-32 050-382-82-16
 10 İsmayıllı “Sukanal” idarəsi Qələbə küçəsi-16  Salmanov Ağasəf Həmidoğlu rəis 5-49-37 055-755-57-53
 11 İsmayıllı Rayon  Elektrik şəbəkəsi İsmayıllı şəhəri  Bədəlov Əlağa Şahməmməd oğlu rəis 5-12-97 050-250-68-66
 12  İsmayıllı Qaz İstismar Sahəsi M.Müşviq küçəsi-13 Səlimzadə Eldar Cilovxan oğlu rəis 5-68-00 055-500-70-70
 13 Kommunal Müəssisələri Kombinatı Heydər Əliyev prospekti-95 Məmmədov Vidadi Şərif oğlu rəis 5-45-66 050-370-04-27
 14 İsmayıllı Mənzil İstismar sahəsi Heydər Əliyev prospekti-95 Tarverdiyev İsmayıl Emin oğlu rəis 5-67-28 070-311-49-05
 15 “Azəristiliktəchizat” ASC İsmayıllı İstilik sistemləri istismarı sahəsi Cavanşir küçəsi-2 Hacıyev Elşad Neman oğlu sahə rəisi   050-365-77-50
 16  İsmayıllı rayon Dövlət Arxivi Heydər Əliyev prospekti-18 Əkbərov İsa Ələkbər oğlu müdir 5-42-03 050-373-58-90
 17 “İsmayıllı Avtonəqliyyat”  ATSC M.Müşviq küçəsi-9  Məmmədov Ramil Cavad oğlu sədr 5-35-55 050-325-63-80

                                Rayonun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı yer tutur

İsmayıllı Dağlıq Şirvan iqtisadi-coğrafi zonasında yerləşir. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı yer tutur. Mövcud torpaq və iqlim şəraiti bitkiçilik və heyvandarlığın inkişafı üçün geniş perspektivlər açır. Rayonun inzibati ərazisi 207372 ha torpaq sahəsini əhatə edir. 40552 ha torpaq sahəsi mülkiyyətə verilmiş əkinə yararlı torpaqlardır. Bunun 33835 hektarı hal-hazırda əkin altındadır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Rayon üzrə istifadə olunan torpaqlar 194427 hektardır. Bunun 98598 hektarı dövlət mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqların bölgüsü belədir: Sort-sınaq məntəqəsi 43 hektar, Peşə Tədris Mərkəzi 70 hektar, yardımçı təsərrüfatlar 102 hektar, su fondu 480 hektar, meşə fondu 43037 hektar, "Şahdağ Milli Parkı" 37146 hektar, Dövlət Asudə Ehtiyat fondu 1675 hektar, nəqliyyat, rabitə, dövlət obyektləri 3404 hektar və yay otlağı 12641 hektar. Rayonda fəaliyyət göstərən bələdiyyələrin xəritələri çəkilib hazırlanmış və onlara 54828 hektar torpaq sahəsi verilmişdir. Bunun 43478 hektarı ümumi istifadə, 397 hektarı perspektiv inkişaf fondu, 1501 hektarı bələdiyyə ehtiyat fondu, 398 hektarı isə şəhər və qəsəbə torpaqlarını təşkil edir.

2012-ci ilin məhsulu üçün 28417 ha sahədə taxıl əkini aparılmışdır ki, bunun da 23183 hektarı buğda, 5234 hektarı arpa əkini təşkil etmişdir. Biçin kompaniyası başa çatmış, buğda sahəsindən 53338 ton məhsul istehsal edilmiş, hektarın məhsuldarlığı 23 sentner təşkil etmişdir. Arpanın isə məhsuldarlığı 21,3 sent/ha olmaqla 11164 ton məhsul istehsal edilmişdir.
Cari ildə rayon üzrə 3292 ha sahədə yazlıq bitkilərin səpini aparılmışdır ki, bunun da 787 hektarı tərəvəz, 758 hektarı kartof, 402 hektarı günəbaxan, 597 hektarı paxlalı bitkilərindən ibarətdir.

Kənd təsərrüfatının texnika, eləcə də mineral gübrələrlə təminatında Cənab Prezidentin məlum sərəncamı ilə yaradılmış "Aqrolizinq" ASC-nin xüsusi rolu vardır. 2012-ci ilin birinci yarımilində İsmayıllı rayon "Aqroservis" filialı tərəfindən rayona 847 ton azotlu gübrə gətirilərək istehsalçılara satılmışdır.

İsmayıllı rayon "Aqroservis" filialının balansında 176 adda müxtəlif kənd təsərrüfatı texnikaları vardır. Bunlardan 32 ədədi şum traktorları, 22 ədədi isə taxılbiçən kombayn, otbiçən kombayn, otbağlayan, taxılsəpən və digər kənd təsərrüfatı texnikalarından ibarətdir. Bu servis xidməti müxtəlif aqrotexniki əməliyyatların optimal müddətlərdə və aqrotexnikanın tələb etdiyi səviyyədə həyata keçirilməsinə şərait yaradır. Filial tərəfindən 4200 hektar sahədə biçin aparılmış, 44 min manat isə dövlət büdcəsinə köçürülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2012-ci ilin iyun ayında 7008 kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 29809,78 hektar əkin sahəsinə görə 1192391 manat yardım hesablanmış və müvafiq sənədlər hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir.

Rayonun iqlim şəraiti fermerlərə daha çox gəlir gətirən üzümçülüyün inkişafına imkan verir. Bu fəaliyyət növü İsmayıllı rayonu üçün xarakterikdir. Belə ki, 1980-cı illərdə 8000 hektar üzüm sahələrinə malik İsmayıllı rayonu 80000 ton üzüm istehsal edirdi. Sovetlər birliyinin süqutundan sonra üzümçülüyün inkişafı demək olar ki, dayanmışdı. Son illərdə İsmayıllıda üzümçülük sahəsi yenidən bərpa edilmişdir.
Xüsusilə də Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli 1890 nömrəli "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamının icrası ilə əlaqədar bu sahənin inkişafı sürətlənmişdir.

Hal-hazırda rayonda yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarla birlikdə bar verən və cavan üzüm bağlarının sahəsi 848 hektara çatdırılmış, meyvə bağları isə 962 hektar təşkil etmişdir. Cari ildə 18,89 ha sahədə yeni üzüm bağı salınmışdır.

Üzümçülük sahəsinin inkişafı ilə paralel olaraq rayonda şərabçılıq sahəsi də inkişaf etdirilir. Belə ki, Kürdmaşı kəndində "İsmayıllı şərab-1" ASC illik istehsal gücü min tona yaxın olan üzüm emalı zavodunda rekonstruksiya işləri başa çatdırılmış, eyni zamanda illik istehsal gücü 600 ton olan şirə sexi və qazanxana tikilib istifadəyə hazır vəziyyətə gətirilmişdir. Eləcə də, Hacıhətəmli kəndində "İsmayıllı şərab-2" ASC-də istehsal gücü iki min ton olan şərab zavodu tikilmiş, İtaliya və Fransada istehsal olunmuş müasir avadanlıqlarla təmin edilmiş və istehsala başlanılmışdır. Zavodda 11 adda "Şəms", "Qaratel", "Alışan", "Medok", Ağ alışan, Ağ Qaratel, Ağ Medok, Şimayi-Şəms, Gideyli, Roze və başqa şərab məhsulları istehsal edilir.

Rayonda iri buynuzlu heyvanların baş sayı 51054 baş, o cümlədən inək-camışlar 23604 baş, xırda buynuzlu heyvanlar 177452 baş, donuzlar 691 baş təşkil etmişdir. Ət istehsalı 2318 tona, süd istehsalı 16242 tona, yun istehsalı 386 ton, yumurta istehsalı 4143 min ədədə çatdırılmışdır.

Rayonda iri buynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması ilə əlaqədar 1907 baş inək və düyələrdə yüksək keyfiyyətli toxumla süni mayalama aparılmış, 965 baş məhsuldar cins buzov alınmışdır.
Vaxtilə rayonda quşçuluq fabriki kimi fəaliyyət göstərən müəssisə "Quşçuluq" ATC-i tərəfindən özəlləşdirilmişdir. Hal-hazırda müəssisədə damazlıq quşçuluğun inkişaf etdirilməsi ilə əlaqədar hazırlıq işləri aparılır, sexlərdə bu məqsədlə yenidənqurma işləri aparılmış və broyler quşçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülmüşdür. Bu məqsədlə Cəmiyyət 400 min manat kredit almağı planlaşdırır. Artıq 282 min manat kredit alınmış və Türkiyə Respublikasından avadanlıqların bir hissəsi gətirilmişdir. Kreditin qalan hissəsinə isə Çin Xalq Respublikasından avadanlıqlar alınacaqdır. Hal-hazırda cəmiyyətdə 20 min başdan artıq quş saxlanılır, eyni zamanda fabrikin istehsal gücünün 90 min başa çatdırılması üçün işlər aparılır.

Arıçılığın inkişafının təmin edilməsi məqsədi ilə rayonda arıçılıq birliyi yaradılmışdır. Rayonun təsərrüfatlarında 5421 arı ailəsi vardır ki, bu da əvvəlki illə müqayisədə 520 arı ailəsi çoxdur.
Rayonumuzda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, sualtı torpaqlarda kənd təsərrüfatı bitkilərinin suvarılması, mövcud su ehtiyatlarından səmərəli istifadə olunması və bölüşdürülməsi diqqət mərkəzində olmuşdur. Belə ki, rayonda üç Sudan İstifadə Edənlər Birliyi fəaliyyət göstərməklə 8850 hektar əkin sahəsi mütəmadi olaraq suvarılır. Suvarılan torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması ilə əlaqədar İsmayıllı şəhər və Qalınçaq kəndində 800 ha sahədə kompleks tədbirlərin aparılması işləri davam etdirilmişdir. Hal-hazıradək 600 ha sahədə meliorativ tədbirlər aparılmışdır.
2012-ci ilin 6 ayı ərzində daşqın və sel sularına qarşı mübarizə məqsədilə çay məcrasının təmizlənməsi işində 143 min m3 ekskavator işi, 206 min m3 buldozer işi və 77 min m3 sahilbərkitmə işləri görülmüşdür.