Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix
|

Qobustan

Tariximizin ilk səhifələrini min illərlə özündə yaşadan qədim Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq vəcənub-şərq ətəklərində Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Qobustan ərazisi tarixi-coğrafi məkan olmaqla qədim Şirvanın ayrılmaz bir hissəsi olub, onun cənub-şərq hissəsini tutur. Çünki Şirvanın tarixi ərazisi Mingəçevirdən tutmuş Kür çayı böyük sol sahil torpaqları, Dərbənd də daxil olmaqla Dərbənd Səddinə (qədim Dağıstana) kimi uzanmışdır. Elə buna görə də tarixi-coğrafi baxımdan Şirvan dedikdəQobustan Şirvan ərazisi hesab edilməlidir. Lakin bununla yanaşı keçən əsr yazılı mənbələrində inzibatiərazi vahidi kimi Şamaxı qəzası iki böyük nahiyəyə(sahəyə) ayrılması məlumdur. Bunlardan biri Qoşun sahəsi, digəri isə Qobustan (Qəbristan) sahəsi adlanmışdır.Onuda qeyd edək ki, Azərbaycanın müasir fiziki-coğrafi bölgəsinə əsasən Qobustan özlüyündəayrıca bir fiziki-coğrafi sahə (rayon) kimi qeyd edilir.Qobustanın fiziki-coğrafi ərazisi şimaldan Baş Qafqaz silsiləsinin suayrıcı cənub yamacı Kürəkçi dağın (527m) suayrıcı ilə Altıağac kəndinin cənubundan keçir. 

Qərbdə Baş Qafqaz suayrıcı üzərindən Altıağac yanından başlayaraq Aladaş yaylası, Xilmilli (Xiləmilli) və Pirsaat çayının sol qolu Acıdərə çayla uzanaraq cənubda Pirsaat çayının yatağı ilə davam edərək Səba düzünə çıxdıqdan sonra Hərəmi sıra dağlarının suayrıcı ilə Kiçik Hərəmi və Misav dağ istiqamətində Ələt burnundan Xəzər dənizi ilə qovuşur. Şərq sərhəddi Xəzər dənizi, Abşeron yarımadasında Yasamal dərəsi Ceyrankeçməz çökəkliyi istiqamətindəuzanır. Qobustan ərazisi qərbdən şərqə 80 km, şimaldan cənuba 100 km məsafədə uzanır. Ümumiyyətləfiziki-coğrafi sahə olmaqla Qobustan ərazisinin bir qismi Xızı, Abşeron, Qaradağ, Hacıqabul inzibati rayonlarına daxil olmaqla yanaşı onun əsas hissəsi (1369,4 km2) 24 aprel 1990-cı ildə yaradılmış Qobustan inzibati rayonuna daxildir.Qobustan inzibati rayonunun ərazisi az istisna olmaqla keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Onun şimal sərhəddi Şamaxı rayonu ərazisində Taxtayaylaq sistemi, şimal-şərqdən Xızı inzibati rayonu Çigil çayı boyu uzanaraq Cəngi kəndinin az şərqində, şərqdə və cənub-şərqdən Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə (6 km) Hacıqabul inzibati rayonu, cənub-qərb, qərb və şimal-qərbdən Şamaxı inzibati rayonları ilə sərhədlənir. Təxmini şimaldan cənuba 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır.Qobustan inzibati rayonunun ərazisi mürəkkəb relyefə malik dağlıq sahədir. Onun öyrənilməsi, ümumi Qobustan ərazisi tədqiqatçıların diqqətindən kənarda qalmamış, onun tərkibində araşdırılmışdır.Onun haqqında keçən əsr mənbələrində ötəri də olsa məlumatlara təsadüf edilir. Çar məmuru Deminski Şamaxı qəzasında iki Qoşun və Qəbristan ərazi vahidlərindən biri kimi Qobustan ərazisi haqqında məlumatlar vermişdir.Qəbristan inzibati vahidinin müasir Qobustan ərazisi sərhədindən kənara çıxsa da məlumat baxımından əhəmiyyətlidir. Çünki onun təbiəti, təbii ehtiyatları, yaşayış məntəqələri, yolları, düşərgələri, tarixi abidələri, əhalinin məşğuliyyəti və s. müasir Qobustan rayonunun hazırkı durumu ilə uyğunlaşır.Alman səyyahı Adam Olyari, türk səyyahı Evliya Çələbi vəbaşqaları yolüstü də olsa Qobustanda olmuş, Qobustanın tarixi abidələri ilə maraqlanmışdır.Qobustanın geoloji quruluşu, geomorfoloji xüsusiyyətləri ilə K.J.Boçdanoviç, J.M.Qubkin, V.V.Veber və b. maraqlanmışlar. D.V.Qolbyetmikov, J.M.Qubkin, N.J.Andrusov (1901-1902-ci illərdə) neftli-qazlı sahələri öyrənmiş, Ə.H.Əliyev, H.Ə.Əhmədov məhsuldar qat çöküntülərinin bölgüsünü vermişlər. H.S.Şatski, Ü.Ü.Müllayev (1930-1983-cü illər), S.F.Fyodor (1929-cu il), H.Ə.Əhmədov və M.P.Varanin 1937-cu il tərəfindən geoxəritə tərtib edilmişdir. Qobustanın düzəlmə səthi ilk dəfə D.A.Lillenberq tərəfindən ayrılmışdır ki, onu da dördüncü dövrə aid edirlər. H.S.Maqomayev zamanın mükəmməl geoloji xəritəsini tərtib etmişdir. H.Ə.Əhmədov, F.Bağırzadə, S.Salayev tərəfindən Qobustanın neftli-qazlı sahələri araşdırılmışdır. Qobustan landşaftı daxilində Ə.M.Şıxlınski, V.Q.Zaviryev (1949-cu il), M.Museyibov, Ş.V.Kərimov, B.Ə.Budaqov, N.Ş.Şirinov (1965-ci il), N.K.Kərəmov ( 1955-1956-cı illər ), B.Ə.Budaqov (1970-cı il) və b. tərəfindən öyrənilmişdir. Lakin Qobustanın rayonlaşması F.A.Hüseynov (1969), D.A.Lillenberq (1962-cı il) tərəfindən aparılmışdır. Qeyd edilən tədqiqatların əksəriyyəti bu və ya başqa kompleks amillərəəsaslandığından birbaşa tipoloji landşaftı xəritələrinə əsaslanmamışdır. Lakin Qobustan palçıq vulkanlarının geniş yayıldığı ərazilərin landşaft rayonlaşması B.Ə.Budaqov, M.A.Mikayılov, M.Museyibovun (1975-ci il) axırıncı sxeminə əsaslanmışdır.Qobustan torpaqları Azərbaycan Respublikası tərkibində H.Ə.Əliyev tərəfindən ayrıca olaraq Ə.Q.Zeynalov tərəfindən öyrənilmişdir. Mineral bulaqlar M.S.Qaşqay tərəfindən tədqiq edilmişdir. Qobustan rayonu ərazisi cənub-şərqə doğru meyillidir. Ərazi orqafiyasına görə dağlıq yayla, tənəli öndağ, düzənliklər olmaqla üç yerə bölünür.Dağlır yayla Qobustanın şimal-qərb hissəsini əhatə edir. Bura dərin dərələrlə parçalanmış düzən (penplen) səthli dağlıq sahələrdir. Cənub-şərqə doğru alçalaraq yastı düzənliklər mövcuddur. Üçüncü, dördüncü dövrlərin yumşaq çöküntü süxurlarından ibarət olduqlarına görə eroziyaya daha çox məruz qalıb və yuyulub aşınaraq yarğan vədərələrin inkişafına səbəb olmuşdur.Ağdərə kəndi yaxınlığında dağlarda gil karstı inkişaf etmişdir. Buna görə də tipik karst landşaftı yayılmışdır. Belə karstlı sahələr Pirsaat çayın göl qolları, Acıdərə çayı, Zəngi dərə (Qapıçı) çay arasında bedlend (yararsız), psevda-karst (yalançı karst) inkişaf etmişdir.Sumqayıt, Ceyrankeçməz çay dərələrində sürüşmə hadisələri yayılmışdır.Öndağ şərq cənub-şərq hissələrini əhatəedir. Burada palçıq vulkanları geniş yayılmışdır, gil-karst relyefi müşahidə edilir.Düzən Qobustan isəinzibati rayonunun ərazisindən kənarda – cənubdadır.Qobustanın relyef formalarının əmələ gəlməsindəküləklərin, yağıntıların palçıq vulkanlarının rolu böyükdür. Palçıq vulkanları relyefdə xüsusi xarakterəmalikdir.Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduqqıran və s. palçıq vulkanları vardır.Bu ərazidə Sündü, Mərəzə, Pirdirəki, Qılıcan, Yavanı, Gicəki, Qarpızlı yaylaları, Şaiblər, Qaiblər, Böyük Gicəki, Kiçik Gicəki, Şəmgəddin, Sunqur, Bayanata, Girdə və s. yüksəklikləri qeyd etmək olar.Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və qazla zəngindir. Bunların təbii göstəriciləri palçıq vulkanlarıdır. Qobustanda təbii halda Nabur, Hilmilli (Xilmilli), Cəyirli, Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və s. palçıq vulkanlarına təzahür edir.Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəng daşı, qum çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, qlabel duzu, gips, şist və s. ehtiyatı vardır.İnzibati rayon ərazisində iqlim yayı quraq keçən mülayim isti iqlimin olması ilə səciyyələnir.Xəzri küləkləri (şimal-şərq) tez-tez əsir, şərq və cənub-şərq tərəfdən isti küləklərin əsməsinə də təsadüf edilir.Yerli temperatur +110-dır. Qərbə və şimala getdikcə temperatur azalır. Mərkəzi Qobustanda maksimum temperatur +40 +410-yə kimi ola bilir. Qışda Arktik hava axını ilə əlaqədar temperatur -16-200-yə qədər aşağı düşür.Mərkəzi zonada qərbdən gələn mülayim rütubətli hava şərqə doğru aridləşərək şərqdən qərbə doğru subtropik mülayim hava kütləsi də qərbə getdikcə sərtləşir. Bu aridləşmə Mərəzə meridianın üzərindəüzləşərək sərtləşir. Buna görə də Mərəzə meridianı zonasında kəskin havaların olması şəraiti yaranmış olur.İllik yağındı 400-500 mm-dir. Ən çox yaz, payız aylarında yağıntı düşür. Yağıntı şimal-qərbdən, cənub-şərqə doğru azalır.Onunda qeyd edək Ki, Böyük Qafqaz dağlarının müasir relyefi üçüncü dövrün axırında və dördüncü dövrdə kəskin qalxmaya məruz qaldığına qədim çay şəbəkələri dəyişdirilmişdir.Qədim çay dərələri ərazidə çay terraslarının (mərtəbələri-səkilərin) qalıqları ilə öz mövcudluğunu hazıra kimi saxlamışdır. Çay dərələrinin ərazidə saxlanılmış qədim izləri dördüncü dövrün əvvəlinə kimi uzununa sonra isə köndələn istiqamətdə olmasıdır.Məsələn, Pirsaat çayı Bağırdaq dərəsi sahəsindən Nabur kəndi yaxınlığından Qozlu çay dərəsi ilə axaraq Cəngi kəndinə kimi uzanmasıdır. Hazırda Cəngi kəndindən şərqdə Pirsaat çayının izi durmaqdadır.Hazırda çay şəbəkəsi zəifdir. Bu da Qobustanın iqlimi ilə bağlıdır. Burada 50-dən artıq quru çay və quru çay dərəsi (qol) vardır. Onun əsas çayları Pirsaat, (199 km) Sumqayıt (155km), Ceyrankeçməz (100 km) hesab edilir.Qobustan inzibati rayonunun şimal, şimal-qərbində çoxlu Sulu mineral bulaqlar vardır. (Xilmilli, Nabur, Sündü, Cəyirli, Çalov, Təklə, Çuxalı və b. kəndldəriərazisində qeyd etmək olar)Cənub-şərqdə doğru bulaqlar azalır və ya yoxdur, olan bulaqlarda şor suludur.Qobustanın torpaq örtüyü müxtəlifdir. Şərq hissədə boz, qonur şokakətli, şimal-qərbdə şabalıdı torpaqlar yayılmışdır.Qobustan adi görünüşündən fərqli olaraq bitki örtüyü ilə zəngindir. Azərbaycandakı 4000 bitki növündən 470 növünə burada təsadüf olunur. Əksəriyyəti çiçəkli bitkilərdir. Məsələn, şoran tipli yovşan, qarağan, kəngiz, xoruzgülü, qanqal, öldürgən qayıq çiçək, baldırğan, əngiran, gülxətimi, əsməçiçək və s. kserafit bitkilər yayılmışdır.Quraqlığa davamlı kollar-nar, merdarça, iydə, əncir, qaramux, itburnu, quş üzümü və başqa vardır. Onu da qeyd edək ki, belə kolluqlar daşlı qayalarda bitməyəuyğunlaşmışlar. Çünki kiçik şeh, nəm yağıntılardan daşlar üzərinə düşən su damcılarından asanlıqla qidalana bilirlər.Heyvanlar aləmi yoxsuldur. Vaxtı ilə burda geniş yayılmış məməlilərdən Ceyranın yer adlarında izi qalmışdır. (Ceyran bulağı, Ceyran nohuru, Ceyrankeçməz çayı və s.)Vaxtı ilə Kaftar və b. heyvanlar yaşamışdır. Lakin onun nəsli kəsilmişdir.Hazırda Canavar, Çaqqal, Tülkü, porsuq, Dövşan, sürünənlərin isə müxtəlif zəhərli növləri (ilan, kərtənkələ) kirpi, bağa və müxtəlif növ quşlardır.Qobustan qış otlaqları kimi geniş imkanlara malikdir. Qoyunçuluqla yanaşı dəvəçiliyin inkişaf etdirilməsi perspektivli sahələrdən hesab edilmişəlidir.Rayonun Şimal qərb hissəsi əkinçilik üçün əlaverişlidir. Burada üçümçülük, dənli bitkilərdən arpa, buğda, qarığdalı, günəbaxan, kartof əkinləri inkişaf etdirmək olar.Üzümçülüyün inkişafı üçün Sündü, Təklə, Ərəbşalbaş, Çuxanlı, Cəyirli, Bəklə, Nabur, Çalov, Cəmcəmli, Bədəlli, Yekəxana, Poladlı, Kolanı və b. kəndlərin ərazilərində (dəmyə) şərait mövcuddur.Xilmilli, Nabur, Təsi kəndləri ərazilərində bostan-tərəvəz, poladlı, Yekəxana kəndlərində narçılığın inkişaf etdirilməsiəhəmiyyətli olardı.Qobustan ərazisi təbii ehtiyatlarla zəngin olduğu kimi tarixi abidələrdə zəngindir. Çünki tarixən ticarət yolları bu ərazidən keçmişdir.Belə yollardan biri Mərkəzi Qobustandan keçərək Bakıdan , Qəbələyə, Gəncəyə doğru uzanan Nöyüt (neft) yoludur. Bu yol boyu karvansaralar (qaraçı karvansara) vəbaşqa tarixi abidələr yaradılmışdır. Digər bir yol Bakıdan Şamaxıya doğru «Diri Baba» istiqamətindəuzanmasıdır. Bu yol üzərində çoxlu tarixi abidələrin olması müşahidə edilir. Məsələn Qılıcan sahəsindəŞəhərgah, Pir mərəz, Cəyirli sahəsində Gövur Qala və s.Bundan əlavə Şamaxı şəhərindən Cavada, Tərəvəzə doğru uzanan Çapar ticarət yoludur. Bu yol üzərində Allah Əkbər dağında Şeyxbörkü qədim yaşayış yeri, Kolanı ərazisində qalacıq, Şeyxbörkü abidələri, Çaparxanlar və s. qeyd edilməlidir.Beləlikləqeyd etmək olar ki, öz dövrünün Karvan-ticarət yolları ən çox Qobustan ərazisindən keçməsi ilə bağlı abidələrlə də zəngindir. Rayon ərazisində Nabur kəndi ərazisində Növur qala, Cəyirli kəndi ərazisindəGövurqala, Şıxlar kəndi ərazisində Cavanşir qalası, Bədəlli kəndi ərazisində Qalacıq, Kolanı kəndiərazisində-Qalacıq, Poladlı kəndi ərazisində Kühül qaya evlər, Nabur kəndi ərazisində Pir Abdulkərim türbəsi, XIV əsr Sofu Həmid türbəsi, XVI əsr abidəsi «Qaraçı» karvansarası, XVII əsr Şeyx Əyyub türbəsi, VIII- IX əsr Şeyxborkü abidələri və s. qeyd etmək olar.Ümumiyyətlə, Qobustan abidələri Diri Baba haqqında A.O.Learı, E.Çələbi, V.Dor, A.Bartolemey, A.Paxamov, Qaraçı karvansaraya haqqında N.Q.QŞarçkova, A.Paxamov və b. məlumatlar verilmişdir.Bütün bu məlumatları M.Nemətova cəmləşdirərək ətraflı tədqiq etmişdir.Qobustan ərazisində həmd toponimlərlə də zəninir. Qobustanın bəzi toponimləri istisna olmaqla bu vaxta kimi tədqiqat obyektlərinə çevirilmişdir. Lakin qərbi Qobustanın bəzi toponimləri Dağlıq Şirvanın toponimləri adı altında tədqiqata cəlb edilmişdir.Yeni inzibati rayon yaradılarkan onun Qobustan adlandırılması təsadüfü deyildir. Toponim qanuna uyğunluq olaraq təklif edilmişdir.Çünki inzibati bölgənin ərazisinin Qobustan adlı məkan təşkil edir.Qobustan adına gəldikdə isəonu müxtəlif cür hesab edənlər vardır. Bəziləri çoxlu qəbirin olması ilə bağlayırlar.Əslində köçri elatların yay və qış otlaq sahələrində qəbirstanlıqlarının olmağı qanunauyğun kimi qəbul edilməlidir. Onun ərazisini adına daxili yoxdur. Belə olmuş halda onda Azərbaycanın bütün otaqları Qoubstan adlanaydı.Qobustan-qobu, yarğan çox olan, stan-məkan, yer, ölkə mənasındadır. Qobustan sözündəərazinini relyefi, landşafı xüsusiyyətləri öz əksini tapmış olur.Eyni ilə Mərkəzi Asiyada Qobu səhrası, Qobu yaylası və s. qeyd etmək olarAbşeron rayonundakı Qobu kəndinin də məhz yerləşdi əraziyə uyğun olaq ad olması inkar edilməzdir.Qobustan rayonu ərazisində turizmin inkiaşfı etdirmək, tarixi abidələrə qayğını artırmaq vacib məsələlrdən biri hesab edilməlidir.

Əlavə: Rayonun ərazisində toxumçuluq qədimdən inkişa etmişdir. Təbii boyalardan istifadə edilərək boyaqçılıq xalça, palaz, örtən, corab, potava və müxtəlif bəzək əziyalarının incə toxumu inkişaf etmişdir.