Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Şamaxı rayon Bağırlı kənd Folklor Evi

   Bağırlı   kənd  Folklor Evi 1982-ci ildən  hal-hazıra  kimi  fəaliyyət  göstərir. Xüsusi  layihə  əsasında  tikilmiş  bina  2285 nəfər əhalisi olan   kənddə xidmət göstərir. Folklor  Evində  3  bədii  özfəaliyyət  kollektivi çalışır. Binada 310  nəfərlik tamaşa  zalı, 8  dərnək  və  inzibatı  otaq  vardır. 2016-ci ildə bina carı təmir olunmuşdur. Müəssisə  2013-cü  ilə  kimi  kənd Mədəniyyət  Evi, daha  sonra  isə  kənd  Folklor  Evi kimi  fəaliyyət  göstərməyə başlamışdır. Müəssisədə  5 nəfər çalışır. Burada müntəzəm   tədbirlər  keçirilir, Folklor  Evinin  “Batır” folklor  kollektivi  müntəzəm  olaraq  rayon  tədbirlərində  iştirak  edir, kollektivin  üzvləri  müxtəlif  telekanallarda   musiqimizi  təbliğ  edirlər.

 

Ünvan:
Şamaxı rayon Bağırlı kəndi