Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Şamaxı rayon Əngəxaran kənd Diyarşunaslıq Klubu

   Əngəxaran kənd Diyarşunaslıq Klubu rayon mərkəzindən 5 kilometrlik   məsafədə yerləşir. 1986-ci ildən hal hazıra kimi fəaliyyət  göstərir. Müəssisə  2013-cü ilə kimi  rayon  Mədəniyyət  və Turizm  şöbəsi  nəzdində  kənd  klubu, 2013-cü ildən sonra  isə  Diyarşunaslıq  Klubu kimi fəaliyyət  göstərir. Müəssisənin  xidmət  göstərdiyi  ərazidə  883  nəfər  əhali  yaşayır. Klubun binası  əsaslı  təmir  olunub, invertar avadanlıqlarla  təchiz  olunub. Bina 100 oturacaq  yerləri olan tamaşa zalı və 1 otaqdan ibarətdir. Klubda  3 bədii  özfəaliyyət   kollektivi  fəaliyyət  göstərir. Müəssisədə  ixtisas  təhsilli  mütəxəssislər  çalışır. Burada müntəzəm  olaraq  mədəni-kütləvi  tədbirlər  təşkil olunur.

Ünvan:
Şamaxı rayon Əngəxaran kəndi