Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ağsu rayon Ərəbuşağı kənd Klubu

   Ərəbuşağı kənd Klubu rayonun böyük kəndlərindən olan Ərəbuşağı kəndində yerləşir. Müəssisə 1975-ci ildə yaradılıb. Klubun xidməti ərazisində Ağalarbəyli və Maşadqanlı kəndləri də var. Əhalinin ümumi sayı təxminən 3800 nəfərdir və əsas məşğuliyyət bostançılıq və maldarlıqdır.

   Ərəbuşağı kənd klubunda 3 nəfər işçi çalışır. Müəssisədə özfəaliyyət ansamblı, nağara və tikiş dərnəyi fəaliyyət göstərir. Ərəbuşağı kəndinin ərazisində “Xanyurdu kurqanı” tarixi abidəsi mövcuddur ki, Klubda bu barədə məlumat güşəsi hazırlanmışdır.