Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ağsu rayon Qaraqoyunlu kənd Diyarşünaslıq evi

      Qaraqoyunlu kənd Diyarşünaslıq evi rayonun ən qədim və iri kəndlərindən biri olan Qaraqoyunlu kəndi ərazisində yerləşir. Kənd Ağsu-Kürdəmir yolu-nun üstündə 12-ci kilometrlikdə yerləşir. Kəndin təxminən 1600 nəfər əha-lisi var.  Kifayət qədər ziyalısı olan kəndin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Qaraqoyunlu kənd Diyarşünaslıq evinin xidməti ərazisində İlxıçı, Musabəyli və Hacısəmədli kəndləri də vardır. Xidməti ərazisində birlikdə 3800 nəfər əhali yaşayır. Qaraqoyunlu kənd Diyarşünaslıq evinin binası 72-ci ildə xüsusi layihə əsasında tikilmişdir. Bina 2016-cı ildə əsaslı şəkildə təmir olunmuşdur. Müəssisədə Özfəaliyyət, Rəqs, Şahmat dərnəkləri fəaliyyət göstərir. Diyarşünaslıqla bağlı tədbirlər, ictimai-mədəni, tarixi və əlamətdar günlərimizlə bağlı tədbirlər müəssisənin fəaliyyətində əsas yer tutur.  Müəssisədə “Doğma kəndim Qaraqoyunlu”, “Ağsulu Milli Qəhrəmanlar”,  “Multikulturalizm həyat tərzimizdir” adlı stendlər yaradılmışdır. Qaraqoyunlu kəndi ərazisində  yerləşən “Ağ gümbəz” və “Qırmızı gümbəz” tarixi abidələri haqqında məlumat güşələri hazırlanmışdır.