Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ağsu rayon Padar kənd Diyarşünaslıq evi

 Padar kənd Diyarşünaslıq evi rayonun əhalisi çox olan, böyük kəndlərindən biri - Padar kəndi ərazisində yerləşir. Müəssisə 1960-cı ildə yaradılmışdır. Kənd Ağsu şəhərindən 23 km qərbdə, Ağsu–Göyçay yolunun altında yerləşir. Kəndin əhalisi təxminən 1800 nəfərdir. Müəssisənin xidməti ərazisində Kəlağaylı, Nəmirli, Külüllü, Bənəcik kəndləri də var. Birlikdə əhalinin sayı 2800 nəfərdir.  Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı (soğançılıq) və maldarlıqdır. Padar kənd Diyarşünaslıq evi kənd İcra Nümayəndəliyi ilə bir binada, kəndin mərkəzində yerləşir. Diyarşünaslıq evinin 200 nəfərlik böyük tamaşaçı zalı, 1 məşq, bir geyim otağı var.  Müəssisə 2015-ci ilin iyul ayından profilləşmiş və Padar kənd Diyarşünaslıq evi adlanır. Müəssisədə ştat cədvəlinə uyğun olaraq 5 nəfər işçi çalışır. Müəssisədə “Qarmon”, “Rəqs”, “Şahmat” dərnəyi fəaliyyət göstərir.  Padar kənd Diyarşünaslıq evinin keçirdiyi tədbirlər sırasında ictimai-mədəni tədbirlər, tarixi və əlamətdar günlərlə bağlı və əsasən də profillə əlaqədar tədbirlər üstünlük təşkil edir. Padar kəndində “Xəzinə dağı” və “Bilal Əfəndi” tarixi abidələri vardır.  Müəssisədə şəhidlər, ərazidə yerləşən tarixi abidələrlə bağlı stendlər, daimi sərgilər hazırlanmışdır. Klub işçiləri əhalinin marağına və yerli şəraitə uyğun olaraq öz işlərini  qurur. Yeni  əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün  iş planına uyğun tədbirlər təşkil edir.

 

Ünvan:
Ağsu rayon Padar kəndi