Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağsu rayon kitabxanası ziyalıların hədiyyə etdikləri kitablar hesabına 1943-cü ildən fəaliyyət göstərir. 1979-cu ildə kitabxanaya Azərbaycan şairi Əhməd Cavadın adı verilmiş və Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətə başlamışdır. Kitabxana hal-hazırda özündə 1 mərkəz və 31 kənd kitabxana filialını birləşdirir.

Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir:

- Xidmət şöbəsi

- Metodika şöbəsi

- Kitabişləmə və komplektləşdirmə şöbəsi

-Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

-İnformasiya-Resurs şöbəsi

-Uşaq şöbəsi

Mərkəzi kitabxanada eyni vaxtda 20-30 nəfər oxucuya xidmət edən oxu zalı və “Hüquq İnformasiya Mərkəzi” fəaliyyət göstərir. Kitabxanada 2011-ci ildən Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi tətbiq edilmişdir. Uşaq şöbəsi 1965-ci ildən  müstəqil kitabxana kimi fəaliyyətə başlamış və 2012-ci ildən Mərkəzi kitabxananın şöbəsi kimi fəaliyyət göstərir. Binada uşaqlar üçün nağıl otağı fəaliyyət göstərir.

Ünvan:
Ağsu rayon,Heydər Əliyev küç.114
Telefon:

(020) 226 39 74

(020) 226 54 81

E-mail:

agsumks@gmail.com

Url:
http://www.aghsu.cls.az/