Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi

 

    Heydər Əliyev Mərkəzi 2009-cu il oktyabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olmuşdur. Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək,onun həyat və fəaliyyətinin,xalqımız qarşısındakı xidmətlərinin öyrənilməsi və gələcək nəsilə çatdırılması məqsədi ilə yaradılmış Mərkəz 3 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 2190 kv/m-dir.  1-ci mərtəbədə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün kompyuter, rəssamlıq, şahmat, heykəltaraşlıq, aviamodelizm, "Bacarıqlı Əllər" dərnəkləri fəaliyyət göstərir. 2-ci mərtəbədə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ümumi sahəsi 600 kv/m olan ekspozisiya zalından ibarətdir. Zalda dahi şəxsiyyətlə bağlı filmlər izləmək üçün 2 iri həcmli monitor quraşdırılmışdır. 3-cü mərtəbədə isə kitabxana, elektron kitabxana, kompyuter kabineti, Heydər Əliyev irsini araşdırma mərkəzi fəaliyyət göstərir. Kitabxanada azərbaycan dili ilə yanaşı bir sıra xarici dillərdə də kitab, jurnal və DVD, CD-lər yerləşdirilmişdir. İndiyədək yüzlərlə insan bu xidmətdən yararlanmışdır. Bunlardan əlavə kiçik ATS, server otağı, konfrans zalı mövcuddur.

    Rayonumuzda orijinal üslubda inşa edilən Heydər Əliyev Mərkəzi Azərbaycanın milli-mənəvi dəyərlərinin zənginliyini nümayiş etdirmək baxımından da çox mühüm əhəmiyyət kəsb edir.

Ünvan:
İsmayıllı rayon, H. Əliyev pr.
Telefon:

(020) 285-16-04

E-mail:

ismayillihm@mail.ru

Url:
https://www.facebook.com/ismayilli.merkez/?fref=ts