Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Şamaxı rayon Mədəniyyət Mərkəzi

 Ə.Xaqani adına Şamaxı rayon Mədəniyyət Mərkəzi (keçmiş rayon  Mədəniyyət Evi) 1955-ci ildən bu günə kimi fəaliyyət göstərir. Müxtəlif binalarda fəaliyyət göstərən müəssisə 1973–ci ildən hazırki fəaliyyətdə olduğu binaya köçürülmüş, 2009-cu ildə bina əsaslı təmir olunaraq yüksək səviyyəli iş şəraiti yaradılmış, yeni texniki vasitələr, invertar avadanlıqlarla təchiz olunmuşdur.
   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 27 dekabr 2012-ci il tarixli 654 saylı əmri ilə rayon Mədəniyyət Evinin bazasında rayon Mədəniyyət Mərkəzi yaradılmışdır.
   Hal-hazırda Mədəniyyət Mərkəzinin nəzdində 31 müəssisə fəaliyyət göstərir ki, bunlardan:

 7-si Diyarşunaslıq

17-si Folklor

 6-sı Sənətkarlıq üzrə profilləşdirilmişdir.
  Hal-hazırda rayon Mədəniyyət Mərkəzində 11,  filiallarda isə 86  işçi çalışır.
        
   Rayon Mədəniyyət Mərkəzinin Mirzə Məhəmmədhəsən adına Muğam üçlüyü, Aşıq Məmmədağa Babayev adına “İncə Tellər”aşıqlar ansamblı, “Şirvan” folklor kollektivi, Əli Kərimov adına “Koroğlu nağarası” folklor ansamblı eləcə də Mərzəndiyə , Muğanlı, Şirvan kənd Folklor klublarının, Göylər, Bağırlı kənd Folklor Evləri, Mədrəsə kənd Diyarşunaslıq klubunun folklor musiqi kollektivləri müntəzəm olaraq rayon tədbirlərində uğurlu çıxışlar edir, Azərbaycan xalq musiqisinin təbliğində əməli iş aparırlar. “Şirvan” folklor kollektivi  və “İncə Tellər” aşıqlar ansambılı Bakı şəhərində hər il keçirilən “Novruz şənlikləri”ndə müvəffəqiyyətlə çıxışlar edirlər. Eləcə də adları çəkilən kollektivlər müntəzəm olaraq müxtəlif telekanallarda yaddaqalan repertuarlarla musiqimizi təbliğ edirlər.
          Rayon Mədəniyyət Mərkəzinin və filialların sənətkarlıq nümunələri hər il keçirilən müxtəlif beynəlxalq festivallarda müxtəlif əyyarlı medallara, diplom və fəxri fərmanlara layiq görülmüşdür. 

Ünvan:
Şamaxı rayon, Nəriman Nərimanov 80
Telefon:

(020)265-28-41

E-mail:

ahmed_medine@mail.ru

Url:
https://www.facebook.com/%C6%8FXaqani-ad%C5%9Eamax%C4%B1-Rayon-M%C9%99d%C9%99niyy%C9%99t-M%C9%99rk%C9%99zi-130255290902516/?fref=ts