Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbi 1985-ci ildə Şamaxı şəhər 1 saylı Uşaq Musiqi məktəbinin filial sinfi kimi fəaliyyətə başlamışdır. 1988-ci ildən müstəqil məktəb kimi fəaliyyət göstərir. Məktəb iki mərtəbəli tədris binasından ibarət olmaqla ümumi sahəsi 722.88 kv.metr təşkil edir. Məktəbin 2 inzibati, 21 sinif otağı, və 2 zalı vardır. Məktəbdə 8 ixtisas - fortepiano, tar, kamança, saz, balaban, qarmon, nağara və xanəndəlik üzrə tədris aparılır. Burada hal-hazırda dövlət hesabına 169 şagird təhsil alır və 26 müəllim çalışır.
(020)24-61-3-76
tekle-umm@mail.ru