Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

1930-cu illərdə “Savadsızlığı ləğv etmək haqqında qərar”dan sonra iri yaşayış məntəqələrində ilk “Qiraət komaları” yaradılmışdır. Bu qiraət komaları o dövrdə     ” Xalq Maarif Komissarlığı”na tabe idi. İlk kitabxana binası 1947-ci ildə XMK-ı Süleyman Rəhimovun sərəncamı ilə indiki Mədəniyyət sarayının yerində tikilmişdir. 1948-ci ildə kitabxananın açılışında xalq şairləri Süleyman Rüstəm və Səməd Vurğun iştirak edib. İsmayıllıda Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1981-ci ilin yanvar ayından təşkil olunmağa başlamışdır.

Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir:

1. Xidmət şöbəsi

 2. Metodika şöbəsi

3. Kitabişləmə və komplektləşdirmə şöbəsi

4. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

5. İnformasiya – Resurs şöbəsi

6. Uşaq şöbəsi

Hal-hazırda Mərkəzləşdirilmiş Kitabxana Sistemi özündə  1 Mərkəzi Kitabxananı, Uşaq kitabxanası, 2 şəhər, 2 qəsəbə və 41 kənd kitabxana filialını birləşdirir.

2004-cü ildən MKS Beynəlxalq layihələrdə iştirak edərək Regional Kitabxana Məlumat Mərkəzinin yaradılmasına nail olub. Bununla da oxucuların kitabxanaya gəlişi çoxalıb. Tez-tez müxtəlif mövzularda tədbirlər keçirilir ki,bu zaman da komputer və internet şəbəkəsinin köməyindən geniş istifadə olunur. Daha çox köməklik təhsil işçilərinə, müəllimlərə, şagirdlərə göstərilir. Buraya üz tutan hər kəs istədiyi informasiyanı ala bilir.

1982-ci ildə Gəncə İcra Nümayəndəliyi tərəfindən iki ay ərzində indiki müasir tipli Uşaq və Gənclər Kitabxanası inşa edilmiş, 2013-cü ildən İsmayıllı İcra Hakimiyyətinin təşəbbüsü, diqqət və qayğısı nəticəsində yenidən təmir edilmişdir. MKS-nin Uşaq şöbəsi kimi fəaliyyət göstərsə də ayrıca gözəl binası vardır və uşaqların sevimli yeridir. Binada uşaqlar üçün nağıl otağı, kitab fondu ,kompyuter və oxu zalı ,iclas zalı və gözəl foyesi vardır.Fondunda 20000 -ə yaxın ədəbiyyat vardır.Buraya azərbaycan, rus və xarici dillərdə olan ədəbiyyat daxildir. Həmçinin dövri mətbuat, elektron nəşrlər, danışan kitablar da uşaqların istifadəsindədir. Uşaqların əl işlərindən ibarət sərgilər kitabxananın bəzəyidir.Sərgidə uşaqlar tərəfindən çəkilmiş rəsmlər, tikmələr, heykəltəraşlıq nümunələri nümayiş olunur. Keçirilən hər bir tədbirə uşaqlar böyük həvəslə gəlirlər.

Ünvan:
İsmayıllı rayon, Heydər Əliyev pr.59
Telefon:

(020)285-34-37

E-mail:

ismayilli_kitabxana@mail.ru

Url:
http://www.ismayilli.cls.az/