05.01.2018
Qobustan rayonunda gənclərin növbəti həqiqi hərbi xidmətə yola salınması mərasimi baş tutdu. Yola salınma mərasimində idarə və müəssisə nümayəndəliyi, rayon ictimaiyyəti, vətən uğrunda döyüşüb fəxri ad almış veteranlar, həqiqi hərbi xidmətə çağrılan gənclər və onların valideyinləri, eləcədə Qobustan rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi iştirak etmişdir.
Gənclər üçün ilk öncə Azərbaycan Himni sonra isə vətənpərvər mahnılar ifa olundu. Tədbir zamanı çıxış edənlər gənclərə uğurlar arzuladılar. Gənclərin valideyinləri çıxış edərək övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söylədilər və onlara xeyir-dua verərək, vətənə layiqli əsgər olmağı tövsiyyə etdilər.
Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içdilər. Yola salınma mərasimin sonunda gənclərlə xatirə şəkilləri çəkildi.