Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı mədəniyyət işçiləri balaca dostlarının xidmətində

03.01.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi "Dünya Azərbaycanlılarının Həmrəylik günü" və "Yeni il" münasibəti ilə 23 dekabr 2017-ci il tarixindən silsilə tədbirlərə start verdi. Mədəniyyət Mərkəzinin foyesi, qarşısı, Turist bazarı bayramsayağı bəzədildi, Turist bazarında müxtəlif səpgidə sərgilər nümayiş olundu,  Mərkəzin qarşısında böyük şam ağacı quruldu, şaxta baba və qar qız şam ağacının ətrafına toplaşan balacaları əyləndirdilər. Mədəniyyət Mərkəzi bayram günlərində fasiləsiz olaraq çalışdı, Mərkəzin foyesində diskotekalar təşkil olundu,  30 dekabr 2017 - 03 yanvar 2018-ci il tarixlərində "Kukla teatrı"-nın kollektivi hər gün uşaqlar üçün “Tık-Tık xanım” və “Cırtdanın nağılı” tamaşasını canlandırdı.