Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mütaliə vərdişlərini birlikdə aşılayaq! Mikayıl Müşfiq

04.12.2018

Uşaqlara mütaliə vərdişlərini aşılamaq məqsədilə Ismayıllı MKS-nin Uşaq şöbəsi İsmayıllı rayonunda fəaliyyət göstərən məktəb və bağçalara səyyar kitabxana xidməti təşkil etmişdir. Məktəblilərə və balaca fidanlara kitablar təqdim edilib, sual-cavab təşkil olunmuşdur. Uşaqların mütaliə potensiyalının artırılmasına, maraqlı kitabların oxunmasına daim ehtiyac vardır. Bu məqsədlə kitabxana əməkdaşları oxucularla daim təmasda olaraq müxtəlif kitablardan istifadə edir.

04.12.2018-ci il tarixində balaca oxuculara Mikayıl Müşfiqin “Şəngül, Şüngül, Məngül” uşaq nağılı danışılmış, disklər təqdim olunmuşdur. Böyük marağa səbəb olmuş nağıl qəhramanlarının obrazlarının səhnələşdirilməsi nəzərdə tutulur.