Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin rayon ictimaiyyəti üçün bayram konserti

29.12.2017

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Şamaxı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti üçün İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin müəllim və şagirdlərinin hazırladıqları “31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni il bayramı”-na həsr olunmuş tədbir keçirilmişdir. Konsert proqramında “İncə tellər “ aşıqlar ansamblı da iştirak etmişdir. Konsertdən öncə qonaqlar Mərkəzin Rəssamlıq şöbəsinin müəllim və şagirdlərinin hazırladıqları əl işləri, rəsm sərgisi ilə tanış oldular. Yüksək səviyyədə keçən konsert proqramı tamaşıçılar tərəfindən rəğbətlə qarşılınmışdır.