Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağsuda - “Qış nağılı”

27.12.2017

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Heydər Əliyev Mərkəzində bayram tədbirlərinə start verilib.

Bu tədbirlər çərçivəsində 27 dekabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhər 3 saylı uşaq baxçasının fidanları üçün Mərkəzdə “Qış nağılı” adlı möhtəşəm Yeni il şənliyi baş tutdu. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Tacızadə açaraq körpə fidanları təbrik edərək qeyd etdi ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir.
Daha sonra 3 saylı uşaq baxçasının müdirəsi Cəvahir Hüseynova və qonaq qismində iştirak edən Rayon Təhsil Şöbəsindən aparıcı- məsləhətçi Əlmirzə Dəmirov uşaqların keyfiyyətli təhsil almalarının, onların sağlam mənəvi və sosial müdafiə mühitində böyümələrinin vacibliyini vurğuladılar. Bayram tədbirində uşaqlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndirdilər. Uşaqların hazırladığı proqram tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.