10.08.2018
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq”
Ulu öndər Heydər Əliyev
Gənc nəslin ağıllı, milli-mənəvi dəyərlərə bağlı olaraq formalaşmasında uşaq kitabxanaların rolu böyükdür.
Uşaqların mütaliə patensiyalının artırılmasına, maraqlı kitabların oxunmasına daim ehtiyac vardır.
Uşaqların cəmiyyəti anlama , təbiəti tanıma, özünü dərk etmə qabiliyyətini məhz kitabxanalara gələrək mütaliə etməsi, asudə vaxtlarının orada keçirməklə lazımı informasiya tələbatına malik olması ən vacib aktual məsələlərdəndir.
Yay tətili zamanı kitabxana əməkdaşları rayonumuza gələn qonaqlarla, balaca oxuculara, valideyinlərə və diqərlərinə mütaliə etmə xüsusiyyətini formalaşdırıb, nağıl saatları təşkil edir. Gənc nəsildə kitabsevərlik xüsusiyyətini artırıb yeni oxucuları kitabxanalara cəlb edir.