Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İlk Azərbaycan filminin senaristi İbrahim bəy Musabəyov

02.08.2018

  İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-diyarşünaslıq muzeyində “İlk Azərbaycan filminin ssenaristi  İbrahim bəy Musabəyov”  mövzusunda dəyirmi masa təşkil olunmuşdur.Qeyd etmək lazımdır ki,  Azərbaycanın milli kino tarixində İbrahim bəy Musabəyovun adı danılmazdır. İbrahim bəy Musabəyovun yazıçı kimi, pedaqoq kimi Azərbaycan tarixi səhifələrində özünəməxsus yeri vardır. Azərbaycan tarixində İlk dəfə olaraq səssiz film məhz İ.Musabəyovun “ Neft və milyonlar səltənəti ” əsəri əsasında çəkilmişdir. Həmin filmdən kadrlar hal hazırda muzeyin fondunda saxlanılır. 1916-cı ildə çəkilmiş bu filmin kadrlarından fotolara diqqət yetirərkən  dolğun şəkildə sənət əsəri adlandırmaq olar. Onu da qeyd etmək lazımdır ki, əsərin məzmunu, ideyası o qədər geniş və əhatəli şəkildə böyük qələmlə yazılmışdır ki, 1980ci ildə yenidən bu əsərə müraciət olunmuş, “ Qızıl uçurum”  adı ilə yenidən ekranlaşdırılmısdır. “ 2 Avqust milli kino günü ” münasibətilə muzeyin əməkdaşları geniş mövzuda çıxışlar etmişdir. Ekspozisiya şöbəsinin müdiri  Həqiqət Rüstəmli ilk olaraq İbrahim bəy Musabəyovun həyat və yaradıcılığı haqqında maraqlı faktlarla məlumatlar vermişdir. Muzeyin bələdçisi Briliyand Məlikova İbrahim bəyin muzeyin fondunda saxlanılan bir neçə əşyası haqqında geniş məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.