01.08.2018
“1 Avqust-Azərbaycan əlifbası və Azərbaycan dili günü” ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi. Mərkəzi kitabxananın və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə MKS-nin direktoru Cəbrayıl Bədəlov, Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov, rayon sakinləri Zinhar Rüstəmov və Şikayət Məhərrəmova “Azərbaycan dilinin və əlifbasının tarixi”, ”Ulu öndər Heydər Əliyev və azərbaycan dili”, azərbaycan dili və əlifbası haqqında qanunlar ,Sərəncamlar və Fərmanlar barədə söz açdılar.
Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş sərgi ilə tanış oldular.