Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı və Qobustanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil olundu.

23.12.2017

    İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  doğum gününə həsr olunan “Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi ” mövzusunda dəyirmi masa keçirildi.

    Tədbirdə Azərbaycanın uğurla aparılan daxili və xarici siyasəti, iqtisadi potensialının möhkəmləndirilməsi, ordu quruculuğu, regionların sosial –iqtisadi inkişafının həyata keçirilməsi, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində cənab İlham Əliyevin gördüyü işlərdən danışıldı.

Qobustan rayon Uşaq İncəsənət Məktəbində  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  doğum gününə həsr olunmuş tədbir təşkil olundu.

    Tədbir zamanı Məktəbin direktoru Zaur Cəfərov  cənab Prezidentimizin Azərbaycanın hərtərəfli inkişafı yolunda həyata keçirdiyi mühüm işlərdən geniş söhbət açdı, Məktəbin kollektivi adından cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzuladı!