08.06.2018
Kitabxanalar meydana gəldiyi gündən müasir günə kimi, cəmiyyətin və onun hər bir üzvünün tələbatanı ödəmək və əsrlər boyu toplanmış informasiyanı gələcək nəsillərə çatdırmaq funksiyasını yerinə yetirirlər. Cəmiyyətin informasiyalaşmasında, informasiyadan inkişaf resursları kimi istifadə, ən əsası isə informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların rolu böyükdür. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı hər sahədə olduğu kimi kitabxana sahəsindəndə yan keçməyib. Kitabxanalarda mültimedia zalları yaradılaraq uşaq mütaliəsi bir addım önə atılıb.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nin Uşaq şöbəsində növbəti tədbir təşkil edilmişdir. Rayonumuzun müxtəlif kəndlərindən sagirdlər kitabxanamıza ekskursiya etmiş, fondumuzla tanış olub, cizgi filmləri seyr etmişdirlər.