Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Eldar Cəfərovun sinif konserti keçirildi

09.06.2018

   İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi Fortepiano şöbəsinin qocaman müəllimi Eldar Cəfərovun sinif konserti keçirilmişdir.Konsertdə müəllimin müxtəlif müsabiqə və festivallarda iştirak edən şagirdləri bir-birindən gözəl çıxışlar etmişlər.Eldar müəllimin dəvətilə əvvəllər onun sinfində təhsil almış şagirdlər də iştirak edərək konserti bir az da rövnəqləndirmişlər.
  Sonda Mərkəzin direktoru Namiq Rzazadə Eldar müəllimi  təbrik etmiş və vida konsertinə görə minnətdarlığını bildirmişdir.