05.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində kitaba və kitabxanalara marağı artırmaq məqsədilə növbəti tədbir təşkil olundu.
Diyarımızın müxtəlif kəndlərindən şagirdlər kitabxanamıza ekskursiya edib “Nağıl otağı”nda xalq nağıllarımızı səhnələşdirib, fondumuzda olan kitablarla maraqlanıb, cizgi filmi seyr etdilər.
Əməkdaşlarımız oxucuların xaişlərini nəzərə alıb kitabxanamızın divarlarında olan daşlaşmış nağıllar barədə məlumatlar verdilər. Hər bir oxucu üçün bu nağıllar-hekayələr düşündürücü olur. Görəsən “Ağacın budağını” bəzəyən bu meyvələr nə haqqındadır? Hansı nağıllardır? Onların mənası nədir?
Kitabxananın əməkdaşı oxucuları düşündürən sualları ətraflı cavablandırdı. Sonra oxucular kitabxanın digər şöbələri ilə tanış oldular, kitabxanaya üzv yazıldılar.