Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Zorakılığa yox deyək ”

23.12.2017

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin  tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-in Uşaq kitabxanasında Uşaq və Ailələrə Dəstək Mərkəzi və İ.Həsənov adına 1 saylı orta məktəbin şagirdlərinin birgə təşkilatçılığı ilə " Zorakılığa yox deyək "  mövzusunda tədbir təşkil olundu.

Tədbir zamanı iştirak edən valideyinlərə bir çox tövsiyyələr  verildi, böyüklərin uşaqlarla kobud rəftarının onların inkişafına, sağlamlığına və ləyaqətinə necə zərər vurması, fiziki  və psixi travmaya səbəb olan davranışların, valideyinlərin etinasızlığının uşaqların həyatında  ömürlük necə mənfi  izlər qoyması barədə geniş müzakirələr aparıldı.  

Daha sonra balaca fidanların ifası tədbiri daha rəngarəng etdi.

Gəlin cəmiyyətimizin gələcəyi olan uşaqları qoruyaq və onlara qarşı zorakılıq hallarına göz yummayaq!