Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “ Kitab bayramı”

29.05.2018

    İsmayıllı Regional Mədəniyyət  İdarəsinin  tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında Azərbaycan  Xalq Cümhuriyyətinin   yaradılmasının 100 illiyinə həsr olunmuş “ Kitab  bayramı” keçirilmişdir.

    “Kitab bayramı”nda  Şamaxı Dövlət Regional kollecin tələbələri, Şamaxı Avropa  Liseyinin müəllim və şagirdləri , mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri , rayon ziyalıları  iştirak edirdilər.

    Tədbirdə çıxış edənlər Xalq Cümhuriyyətinin yaranma tarixindən,  şərqin ilk demokratik  respublikasının fədailərindən söz açdılar. Vurğulandı ki, bu gün tariximizin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 –cü ildönümü xalqımız tərəfindən  yüksək səviyyədə qeyd olunur.  Azərbaycan Prezidenti İlham Əliyevin “ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında “ 16 may 2017- cı il tarixli  Sərəncamı ilə ölkəmizdə , eləcə də, onun hüdudlarından kənarda da tədbirlər keçirilir.

  Tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinə,  Azərbaycan tarixinə və müxtəlif mövzulara həsr olunmuş  kitab sərgiləri təşkil olunmuşdur.