29.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Ərəbşalbaş kənd kitabxana filialında mütaliə həftəsi keçrildi. Kitabxanaçı Orucov Mehman uşaqların həyatında kitabın və mütaliənin mühüm əhəmiyyətindən danışdı. Mütaliə mənəvi həyatın formalaşmasına, hərtərəfli inkişafına dərin təsir edir. Oxunan mətnin növündən, janr və mövzusundan asılı olmayaraq, mütaliə insanın həyatında mədəniyyətə yiyələnmənin əsasını təşkil edir. Mütaliə bilik əldə etmənin, elmə yiyələnmənin, elmin zirvəsinə yüksəlmənin ən mühüm vasitəsidir.
Tədbirin sonunda uşaqlar yeni kitablarla taniş oldular.