Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley münasibətilə növbəti tədbir

25.05.2018

 İsmayıllı Regioanal Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley münasibətilə təşkil olunan tədbirlər davam edir. Növbəti tədbir İsmayıllı Dövlət Humanitar Texnologiya Kolleci ilə birgə keçirildi.  Tədbir zamanı çıxışlar dinlənildikdən sonra Kollecin tələbələrinin hazırladıqları konsert proqramı nümayiş olunub.