Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın görkəmli bəstəkarı Emin Sabitoğlunun 80 illik yubileyi

22.12.2017

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qobustan rayon Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbində Azərbaycanın  görkəmli bəstəkarı Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Məktəbin nəzəriyyə şöbəsinin müdiri Şahanə Məmmədova  Emin Sabitoğlunun həyat və yaradıcılığı haqqında geniş məruzə etdi.Tədbir zamanı  Emin Sabitoğlunun  kino musiqilərindən nümunələr dinlənildi. Daha sonra tədbir məktəb şagirdlərinin iştirakında  geniş konsert proqramı ilə davam etdi.