Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələ Dövlət Rəsm Qalereyasında fərdi sərgi təşkil olundu

15.12.2017

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qəbələ Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Rəssamlar İttifaqının və "Zirvə" ziyalılar təşkilatının üzvü, dekorativ tətbiqi sənət ustası Gözəlova Gülbəniz Rafiq qızının fərdi sərgisi təşkil olunmuşdur. Sərgidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin və həmin xidmətin Qəbələ rayon Şöbəsinin əməkdaşları, Qəbələ rayon İcra Hakimiyyəti nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyəti iştirak etmişdir. Sərgidə müxtəlif mözularda işlənilmiş 25 əl işi nümayiş olundu. Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.