Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda - Dövlət Bayrağı Günü

08.11.2017

Müasir Azərbaycan bayrağı- Məmləkətimizi dünyaya tanıdan simvol. Bu rəmzi qorumaq, ona hörmət etmək hər bir azərbaycanlının borcudur.

   Hazırda qarşısında baş əydiyimiz və bununla fəxr etdiyimiz Azərbaycan bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verir, Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin və üçrəngli bayrağımız bir daha enməmək üzərə səmaya qaldırılır.

   70 il dalağalanmasa da daima ürəklərimizdə, yüksəklərdə olan bayrağımız nəhayət 1990-ci il noyabrın 17-də Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə  Naxşıvan Ali Məclisində yenidən dalğalandırılıb. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul olundu. 2009-cu ilin 18 noyabr tarixindən prezident İlham Əliyevin sərəncamı ilə 9 noyabr - Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

   Bu gün Azərbaycan dünyanın ən böyük bayrağına sahibdir. Bununla qürur duyan azərbaycanlılar  “Bayraq Günü”nü  təntənəli şəkildə qeyd edirlər.

    İsmayıllı rayon İcraHakimiyyəti və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş bu günkü tədbirdə də ismayıllı əhalisi dalağalanan bayrağımızın qürurunu, sevincini bir -birləri ilə bölüşdü. Tədbir başlamazdan öncə Heydər Əliyev Mərkəzində 9 noyabr- Bayraq Gününə həs olunmuş Heydər Əliyev Məktəbinin növbəti məşğələsi keçirildi. Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin qarşısına alqış sədaları altında üçrəngli möhtəşəm Azərbaycan bayrağı gətirildi və tədbir bir-birindən gözəl nömrələrlə, vətənpərvərlik ruhunda davam etdi.