Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş tədbir.

13.12.2017

Adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamı ilə əlaqədar 13 Dekabr 2017-ci il tarixdə rayon Mədəniyyət Mərkəzinin və Mərkəzi kitabxananın birgə təşkil etdiyi tədbir də böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuşdu.
Tədbiri açan İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Ağsu rayonu üzrə baş məsləhətçisi Cavanşir Şeydazadə Vaqif yaradıcılığı haqqında yığıncaq iştirakçılarına geniş məlumat verdi.Daha sonra söz vaqifsevərlərə-şair Maarif Şikara, Günel Şıxaliyevaya, Eyvaz Bayramova, Yusif Məmmədova verildi. Şairin sözlərinə yazılmış mahnıları isə Kamil Ağayev ifa etdi. Lirik şerlərin müşayiəti Elçin Novruzov (tar) və Rəfael Nərimanoğlunun (balaban) ifası ilə dinləyiciləri heyran etdi.