Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azsaylı xalqların folkloru” seriyasından İsmayıllı ilə bağlı kitabın təqdimat mərasimi

15.12.2017

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon  MKS- in Uşaq kitabxanasında  Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun "Azsaylı xalqların folkloru" seriyasından İsmayıllı ilə bağlı çap etdirdiyi kitabın təqdimat mərasimi keçirildi. Mərasimdə Folklor İnstitutu əməkdaşları, rayon ictimaiyyəti, ziyalı və müəllimlər, “Dağ çiçəkləri” ədəbi məclis üzvləri iştirak etdilər.

    Tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açaraq İslam Həmrəyliyi İlində  belə bir tədbirin keçirilməsinin milli mədəni müxtəlifliyin gerçəkliyinin bariz nümunəsi olduğunu, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsinə dəyərli töhfə olduğunu diqqətə çatdırdı, bu sahədə ölkə Prezidentinin apardığı uğurlu siyasətdən danışdı.

  Tədbir zamanı Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, kitabın tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli və  institun doktorantı Dadaş Əliyev, İnstitutun əməkdaşı Elxan Məmmədli, əməkdar müəllim Cəfər Bağırov, Mollaisaqlı kəndindən İldırım Məsimov , Qalacıq kəndindən Bəxtiyar Kərimov, İvanovka kənd İcra nümayəndəsinin müavini Olqa Radayeva müxtəlif çıxışlar etdilər.
  Bədii hissədə  Lahıc və İvanovka folklor qruplarının maraqlı çıxışları  tədbirə xüsusi rəng qatdı. İştirakçılara yeni nəşrlər paylanıldı.  

Sonda film və sərgi nümayişi oldu.